ABŞ büdcəsində 378 milyard dollar kəsir yaranıb | Banco.az

ABŞ büdcəsində 378 milyard dollar kəsir yaranıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mart ayında ABŞ büdcəsində 378 milyard dollar kəsir yaranıb.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi mart ayı üzrə büdcə balansı hesabatını dərc edib.

Buna görə, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatacaq 2023 maliyyə ilinin altıncı ayında federal hökumətin büdcə kəsiri 378 milyard dollar olaraq hesablanıb.

Federal hökumətin keçən ilin eyni ayında 193 milyard dollar büdcə kəsiri var idi. Bu da onu göstərir ki, büdcə kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 96 faiz artıb.

Qeyd edək ki, hökumətin gəlirləri əvvəlki ilin eyni ayına görə təxminən 1 faiz azalaraq 313 milyard dollara enərkən, xərcləri 36 faiz artaraq 691 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et