ABŞ bank depozitlərində 39 ildəki ən böyük azalma qeydə alınıb | Banco.az

ABŞ bank depozitlərində 39 ildəki ən böyük azalma qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ümumi bank depozitləri ilin I rübündə 2,5 faiz azalıb.

Banco.az xəbər verir ki, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) sədri Martin Qrüenberq 2023-cü ilin ilk rübü üzrə ölkənin bankçılıq sektorunun vəziyyəti ilə bağlı qiymətləndirmələr aparıb.

Qrüenberq qeyd edib ki, son dövrlərdə üzləşdikləri bankçılıq böhranı bank sistemindən depozit axınını artırıb və ümumi depozitlərin həcmi  ardıcıl 4-cü rübdə azalıb.

2023-cü ilin birinci rübündə ümumi depozitlərin əvvəlki rüblə müqayisədə 2,5 faiz azalaraq 18,7 trilyon dollara düşdüyünü bildirən Qrüenberq bunun məlumatların toplanmağa başladığı 1984-cü ildən bəri ən böyük azalma olduğunu da vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et