Abbas İbrahimov kimdir? | Banco.az

Abbas İbrahimov kimdir?

Bu gün “Azərbaycan Beynəlxalq Bankı”nın Müşahidə Şurasının toplantısı keçirilib. 

Toplantıda Abbas Məmmədəli oğlu İbrahimov ABB-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsi barədə qərar qəbul olunub.

Beynəlxalq Bankın Rəhbərliyində TƏYİNAT!

Abbas İbrahimov kimdir?

Abbas İbrahimov, 1981-ci il, iyul ayının 11-dən anadan olub. 1994-1999-cu illərdə Anadolu Türk litseyində təhsil alıb. Ali təhsilini dövlət xətti ilə Türkiyədə almışdır.1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində maliyyə istiqamətli MBA təhsili almışdır. ABŞ-ın CFA (Chartered Financial Analyst) İnstitutu tərəfindən təşkil olunan CFA proqramının 2 səviyyəsini tamamlamış, proqramın son səviyyəsinə namizəddir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda bank sahəsində peşəkar fəaliyyətinə 2005-ci ilin sentyabr ayında “Bank of Baku”da Tədqiqat şöbəsinin mütəxəssisi vəzifəsindən başlamış, bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlmişdir.

Bank of Baku-da İdarə Heyəti Sədrinin Müavini, Riteyl biznes sahəsinin rəhbəri vəzifəsində çalışmışdır. 

2015-ci ildə "Bank of Baku"nun İdarə Heyətinin sədri vəzifəsinə keçmişdir. 2016-cı ilin dekabr ayında Bank of Baku-dan uzaqlaşan Abbas İbrahimov hal-hazırda fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında İdarə Heyətinin sədri vəzifəsində davam edəcək.

Ona bu yeni vəzifəsində uğurlar diləyir və təbrik edirik!

Ən sərfəli krediti almaq üçün müraciət et