Abbas İbrahimov Beynəlxalq Bankda! | Banco.az

Abbas İbrahimov Beynəlxalq Bankda!

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının toplantısı keçirilib. Toplantıda Bankın İdarə Heyətinə yeni üzvün qəbulu və onun İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsinə təyinatı məsələsinə baxılıb. Abbas Məmmədəli oğlu İbrahimov ABB-nin İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin1-ci müavini vəzifəsinə təyin edilib.

Abbas İbrahimov 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə İstanbul Texniki Universitetində Biznes inzibatçılığı üzrə (maliyyə istiqaməti) magistr dərəcəsialıb. Bank-maliyyə sektorunda fəaliyyətə 2005-ci ildə “Bank of Baku” ASC-də Tədqiqat və inkişaf departamentinin mütəxəssisi kimi başlayıb. Ayrı-ayrı vaxtlarda Ödəniş kartları bölməsinin rəhbəri, Məhsullarınyaradılması və idarə edilməsi departamentinin direktoru, Bankın İdarə Heyəti sədrinin müavini olub. Son təyinata qədər “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et