ABA və ASA arasında əməkdaşlıq platforması formalaşdırılıb | Banco.az

ABA və ASA arasında əməkdaşlıq platforması formalaşdırılıb

Azərbaycanda əhalinin və biznesin müxtəlif xarakterli risklərə qarşı müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Banklar Assosasiyası və Azərbaycan Sığortaçılar Assosasiyası tərəfindən genişmiqyaslı intensiv əməkdaşlıq platforması formalaşdırılıb.

Yeni əməkdaşlıq platforması bank müştərilərinin həyatı, sağlamlığı və əmlakı ilə bağlı mövcud olan risklərə qarşı sığorta təminatının genişləndirilməsi, bu məqsədlə müştərilərə dəyər qazandıran sığorta məhsullarının birgə inkişaf etdirilməsini və müştərilərə təqdim edilməsini nəzərdə tutur.

Əməkdaşlığın həyata keçirilməsi məqsədilə  ABA və ASA tərəfindən birgə layihə şurası təsis edilmiş, müxtəlif ekspert işçi qrupları formalaşdırılmışdır.

Sözügedən platforma çərçivəsində ilk addım olaraq istehlak kreditləri müştərilərinin həyat sığortasının genişləndirilməsi nəzərdə tutulmuşdur. İstehlak kreditləri üzrə həyat sığortası müştərilərin ölüm və əlillik risklərinə qarşı əlverişli sığorta təminatını həyata keçirir. Bu məqsədlə uğurlu dünya təcrübələri dərindən öyrənilmiş, yerli xüsusiyyətlər tədqiq edilmiş, bu əsasda istehlak kreditləri müştəriləri üçün həyat sığortası mexanizminin daha əlverişli şərtlərlə formalaşdırılması qərara alınmışdır. Yaxın zamanlarda kredit həyat sığortası ilə bağlı yeni şərtlər tamamlandıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması, habelə maliyyə bazarlarının uzunmüddətli perspektivə hesablanmış davəyanıqlı inkişafının təmin olunması məqsədilə silsilə məqsədyönlü addımlar atır. Mərkəzi Bankın intellektual dəstəyi ilə banklar və sığortaçılar arasında formalaşdırılan yeni əməkdaşlıq platforması da bu addımlardandır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et