8 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib - SİYAHI | Banco.az

8 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib - SİYAHI

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-i mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.

Bunlar "Kapital Bank", "Xalq Bank", "PAŞA Bank", "Azərbaycan Sənaye Bankı", "Yapı Kredi Bank Azərbaycan", "Bank Silk Vey", "Zıraat Bank Azərbaycan" və "Unibank"dır. Adları çəkilən banklar bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 25,42 milyon manat vergi ödəyiblər. Ən çox vergi ödəyən "Kapital Bank" (18,857 milyon manat), ən az vergi ödəyən isə "Unibank" (62 min manat) olub.

Qalan 22 bank isə vergi məsələsini ilin sonuna saxlayıb. Bunlardan 6-sı ilin ilk 9 ayını zərərlə başa vurmuş Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "Amrah Bank", "Access Bank", "Nikoyl Bank" və "Bank VTB Azərbaycan"dır ki, onların mənfəət vergisi ödəməməsi təbiidir.

3 bankın mənfəət vergisi ödəmələri artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-i bu ilin yanvar-sentyabr aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 3-də - "Bank Silk Vey", "Yapı Kredi Bank Azərbaycan" və "Kapital Bank"da sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Ən sərfəli kredit üçün müraciət et

Digər 5 bankdan 3-nün - "Azərbaycan Sənaye Bankı", "Zıraat Bank Azərbaycan" və "PAŞA Bank"ın mənfəət vergisi ödəmələri illik müqayisədə azalıb.

2 bank - "Xalq Bank" və "Unibank" ötən ilin ilk 9 ayında vergi ödəmədikləri üçün onların mənfəət vergisi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

1 il bundan əvvəl mənfəət vergisi ödəmələrinə qənaət etmiş İran Milli Bankının Bakı filialı isə bu ilin yanvar-sentyabr aylarında nə vergi ödəyib, nə də vergi ödəmələrinə qənaət edib. Odur ki, bu bankın mənfəət vergisi ödəmələri üzrə qənaəti 100% azalıb.

Qalan 21 bank isə həm bu ilin ilk 9 ayında, həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyiblər. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

© Renkinq

Ən sərfəli krediti almaq üçün müraciət et