6 Saniyəlik Meditasiya | Banco.az

6 Saniyəlik Meditasiya

İş yüklənməsi öhdəliklərin artması ilə gündən-günə artır. Bəziləri yay tətilinin dadını çıxardarkən, bəziləri gərgin rejimdə çalışır. Çalışmaqla düz edirsiniz də, düzgünmü çalışırsınız? Uğurun cığırları çox çalışmaqla açılır demişdim bir dəfə sizə, əgər xatırlayırsınızsa. Hər kəs yatarkən, çalışanlar sonda hədiyyəni qazanır. Lakin stress arzularınızı söndürməsin. Stressli mühitdə çalışmaq işin effektivliyinə inanılmaz təsir edir. Bir ata kimi, ana kimi, həyat yoldaşı kimi, hər kəs bir məsuliyyətin altında dayanır. Və çətin olan bu məsuliyyətlərin çoxluğu deyil, məsuliyyətlərə nə qədər dözümlü olmanızdır. Həyatımızın hansı guşəsinə baxsaq, hər bir şeyin diqqətə ehtiyyacı olduğunun görərik. Bu dünyada hər kəs, bütün işlər diqqət istəyir, dostum.

Əgər çətinliklərə dözüb xoşbəxt olacam deyirsənsə, xoş gəldin aramıza. Pis hisləri kopyalamağa nə deyirsiniz? Bəli, düz eşitdiniz. Hər kəs qırılma nöqtəsinə gəlir əvvəl-axır, qaçılmazdır. Həyatınızı yenidən nəzarətə salmaq sizdən asılıdır. “Kopyalama mexanizmi” adlanan 6 saniyəlik bir metodla siz aşağıdakı addımları təkrarlayaraq stressdən uzaqlaşacaqsınız. Gəlin yoxlayaq:

  • Bütün diqqətinizi toplayın və “indiki an”-a fokuslanın.

İşlər olmalı olduğu kimi olmadıqda, tapşırıqlar üst-üstə gəldiyində stressə girməklə heç bir şey qazanmayacaqsınız. Ətrafdakı bütün prosesləri dayandırın və “indiki an”-ın təsirinə düşün. Stress və narahatlıq, adətən  sahibkarların daha çox qarşılaşdıqları problemdir. Gələcəyi idarə edə bilməzsiniz deyə fikirləşməyin. Onsuz da, bugünkü hərəkətlərinizlə idarə edirsiniz gələcəyi. Harvard Universitetinin araşdırmalarına görə, sadəcə 6 saniyəlik diqqətin toplanması meditasiya effektinə malikdir. Beynizin sakitliyini təmin edin və bütün çıxmaz dalanlarla bitən “kaş ki”-lərdən həmişəlik qurtulun. Həyat gözəldir, keçmişə və çətinliklərə ayırmayın zamanınızı. Dəyərləndirin.

  • Arzulayın.

İstənilən qədər istedadlı, motivasiyalı və istəkli ola bilərsiniz. Fərq etməyək əgər, cəhd etməyi dayandırırsınızsa. Arzularınızı qazanana qədər əl çəkməyin. Arzular işıqdır. Sizə gedəcəyiniz yeri müəyyən etmək üçün sizinlə olmalarına icazə verin. Sakitləşin və sadəcə düşünün: “Arzularım üçün mənə nə lazımdır?”. Bəzən bütün işlər vacib görünə bilər. Əslində hər şey olduqca asandır. Bir addım geri atıb, mənzərəyə yenidən baxın. Hər şeyi o zaman görəcəksiniz. Vacib olan nədirsə, görəcəksiniz.

Ən sərfəli kredit üçün müraciət et

  • Mükəmməlik xəstəliyindən qurtulun.

Mən də mükəmməlçiyəm, sizin kimi. Amma bilirsiniz, mükəmməlçi olmaq mənə qüsurlar haqqında o qədər gözəl anlayışlar öyrətdi ki. Mükəmməllik heç vaxt çatmayacağınız nöqtədir. Və nə qədər yaxınlaşırsan yaxınlaş, yarımçıq hiss edir insan, yolun sonuna çatmadığı üçün. Qüsurları olduğu kimi qəbul edin və sevin. İnsanlarla münasibətinizdə onlardan heç bir şey gözləməyin. Qüsurları, işinizin yolunda getməyən tərəflərini belə sevin. Bəzən uşaqlarınızın yerə dağıtdığı südü, süd gölünə çevirib əylənmək lazımdır. Bəzən əsəbləşmək deyil, vəziyyətdən həzz almaq lazımdır.

  • Üzləşdiyiniz çətinliklər, çətinlik libasına bürünmüş fürsətlərdir.

Statistikada belə bir qanun var. Siz nümunə sayını artırdıqca, normal paylanma qanunu özünü doğruldur. Bu o deməkdir ki, siz nə qədər çox insandan nümunə götürsəniz, çoxluq eyni xarakterə malik olacaq. Bu qanun bütün aspektlərdə özünü düzgündür. Qarşılaşdığınız çətinliklər artdıqca, uğur qazanma şansınız yüksəlir, daha çox lotoreya aldıqca qazanma ehtimalınız artır. Çətinliklərin sizi yarı yolda dayandırmağına heç vaxt icazə verməyin. İnanın ki, siz hərəkət etdikcə, arzularınız da sizə doğru gəlir. Problemlərinizə baxın və deyin: “Gəldiyin üçün sağol, amma səni geri göndərəcəyəm!”

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et