5 ƏN YAXŞI DEBET KART- ARAŞDIRMA | Banco.az

5 ƏN YAXŞI DEBET KART- ARAŞDIRMA

Redaksiyamıza hansı bankın plastik kartının  “pul qoymaq” üçün daha yaxşı olması ilə bağlı tez-tez müraciətlər daxil olur. Həmişə çalışırıq ki, müştərinin istəyini və kartı hansı məqsədlə istifadə edəcəyini nəzərə alıb, ona uyğun tövsiyə verək. Amma bir çox hallarda müştərilərin istəkləri çox ümumi olur və hər kəs “ən yaxşı kartı”  seçmək istəyir.

Bu araşdırmamız debet kartları üzərindən həyata keçirilib, beləliklə sizə ən geniş imkanlar verən 5 debet kartı təqdim edirik.

Expresso kart - debet (ExpressBank)

  • Kart üzrə xidmət haqqı 5 AZN
  • Debet qalığa illik faiz – 3%
  • CashBack  20%-ə qədər
  • İstifadə müddəti 48 ay
  • Sms məlumatlandırma pulsuz
  • Nağdlaşdırmaq 0% (debet kart olaraq, bankın öz bankomatlarında, %-siz

 

Expresso AZN kartıdır, yəni manatda pul xərcləmək istəyənlər üçün daha əlverişlidir.

Üstünlüklər

Expresso kart MasterCard Standard Contactless tipli olduğundan ödəniş zamanı kartı POS-terminala daxil etmədən və PİN-kodu yığmadan, sadəcə  terminala yaxınlaşdırmaqla məsafədən ödənişin aparılması mümkündür.

Balansı artırmaq üçün banka gəlməyə ehtiyac olmur - ExpressPay ödəniş terminalları vasitəsi ilə ExpressBankın  bütün plastik kart hesablarını artıra bilərsiniz.

Qeyd: Expresso kartını iş yerindən arayış (gəlirləri təsdiq edən sənəd) təqdim etməklə kredit kartı kimi əldə edib, eyni zamanda debet kartı kimi də istifadə etmək mümkündür. 

İmkanlar:  Internet banking, card to card, 3D Secure, pin change, SMS banking

Bolkart Gənc debet (Bank of Baku)

Hər üç valyutada açmaq mümkündür (AZN, USD, Euro)

  • Kartın qiyməti:  müddətdən asılı olaraq: 7, 12 və 16 AZN (ilkin mədaxil 150-300 AZN olduqda pulsuz sifariş etmək olur)
  • Debet qalığa illik faiz – 5% (Yalnız AZN Kartları üçün)
  • İstifadə müddəti 12- 36 ay (sifarişdən asılı olaraq)
  • Nağdlaşdırma –  Bank of Baku  bankomatlarında və terminallarında %-siz
  • SMS məlumatlandırma – illik 5 AZN
  • Ballar qazanmaq və onu pula çevirmək imkanı

Üstünlüklər

Balansı artırmaq -  AZN valyutasında olan Bolkart Gənc debet kartını banka gəlmədən, Milli Ön termianlları vasitəsi ilə artırmaq olur

Qeyd: Kartdakı qalıq vəsaitə faizlərin hesablanması o halda olur ki, manat kartı almış olasınız, dollar və avro kartlarında mümkün deyil.

Bolkart Gənc debet və Bolkart kredit kartı iki ayrı kartdır, eyni kartı hər iki məqsədlə istifadə etmək olmur.

İmkanlar:  İnternet Banking, mobil banking, card to card, SMS banking

MyCard debet (AccessBank)

  • Hər üç valyutda açmaq mümkündür (AZN, USD, Euro)
  • Kartın müddəti – 3 illik
  • Kartın Qiyməti 20 AZN (visa klassik)
  • Qalığa faiz - 5% (faiz hesablanması üçün qalıq 500 AZN olmalıdır)
  • CashBak – 12%-ə qədər
  • Nağdlaşdırma -%siz (AccessBank bankomatlarında)
  • SMS Məlumatlandırma – ödənişsiz

 

İmkanları: İnternet banking, mobil banking. sms banking, 3 D secure, card to card

Balansı artırmaq üçün mütləq bank fililalarına yaxınlaşmaq və ya internet bankinq ilə digər kartlardan köçürmə etmək tələb olunacaq.

Qeyd: Kartdakı qalıq vəsaitə pul hesablanması kartdakı qalığın 500 AZN-dən çox olduğu halda baş verir.

Dollar kartlarında qalığa hesablanan faiz 1%-dir.

Albalı plus – debet

  • Kartın qiyməti 5 AZN/USD (Mastercard standard)
  • Kartın müddəti 3 il
  • Qalığa faiz:  AZN – 2-6%, USD – 0,3
  • CashBack – 30%-ə qədər
  • Nağdlaşdırma – Unibank bankomatlarında pulsuz
  • Sms banking:  ayda 0,50 AZN

Əlavə: İstəyinizə uyğun olaraq təmassız (contactless) funksiyalı Albalı Plus MasterCard debet əldə edə bilərsiniz. Contactless kartlarla 20 AZN-dək (və ekvivalentində) ödənişləri kartın pin kodunu yığmadan, kartı sadəcə POS-terminala yaxınlaşdırmaqla mümkündür.  Kartlarının qiyməti  12 AZN/USD-dir.

* Aksiya çərçivəsində 31.12.2017 tarixinədək Albalı Plus debet standart kartını 5 AZN/USD-yə əldə edə bilərsiniz.
* Mobil Bankinqdən sifariş edilən Albalı Plus debet kartının qiyməti isə 4 AZN/USD –dir.

Albalı Plus debet kartındakı balansı banka gəlmədən, E-manat terminallarında artırmaq olar, 0,5% (min 1 AZN) həcmindən komisyon haqqı tutulur.

Depozit faizinin hesablanması – müştərinin reytinq dərəcəsindən asılı olaraq, manatda 2-6%, dollarda isə 0,3% həcmindədir.

İmkanlar: internet banking, mobil banking, sms məlumatlandırma, 3D secure

Nəhayət son olaraq qeyd etmək istədiyimiz, bazara yeni daxil olan eyni zamanda 3 valyutada əməliyyat keçirməyə imkan verən multi-valyuta kartlarıdır.

Visa TRİO Gold

  • Kartın qiyməti 45-85 AZN (pulsuz əldə etmək üçün 1000 -2000 AZN Mədaxil)
  • Kartın müddəti 12-36 ay
  • Nağdlaşdırma – KapitalBank bankomatlarında 1%
  • Sms məlumatlandırma:  ödənişsiz

Kapital Bankın şəxsi debet kartları arasında ən yeni məhsullara aid edilir. AZN, EUR və USD hesablarınızı 1 kart vasitəsilə idarə edilməsi imkanı verir.

Üstünlüklər: Hər 3 hesabı idarə etmək üçün cəmi 1 ədəd PİN KOD təyin edilməsi,

İmkanlar: Hesablar arasında pulsuz Card to Card xidməti,  Mobil Bank, SMS İnfo, SMS Banking və 3D Secure xidməti, unudulmuş, itirilmiş PİN kodun yenisi ilə əvəz edilməsi haqq tutulmadan həyata keçirilir.

Hesabın artırılması yalnız bankın ofislərində, terminallarında və internet bankinq vasitəsi ilə mümkündür.

Bir az bahalı görünə bilər, xatırladaq ki trio kartları Gold kateqoriyasından başlayır və bir kart özündə üç hesabı birləşdirir və siz üç ədəd ayrı kart almaq əvəzinə bir kartda həmin funksiyaları birləşdirə bilirsiniz. 

 

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç