4 böyük reklam rəqabəti | Banco.az

4 böyük reklam rəqabəti

Tanınmış brendlər müxtəlif marketinq vasitələrindən istifadə edərək potensial müştərilərinin rəqiblərini deyil onları seçmələri üçün davamlı olaraq səy göstərirlər. Hətta bəzən bu brendlər öz məhsullarını reklam edərkən rəqiblərinə də sataşmaqdan geri qalmırlar. Belə vəziyyətdə isə izləyicilər üçün olduqca maraqlı reklam filmləri ortaya çıxır. Bu məqalədə sizlərə rəqib brendlərin diqqət çəkən 4 reklam kampaniyasını təqdim edirik.

Mercedes-Benz vs Jaguar

Alman avtomobil istehsalçısı “Mercedes-Benz” 2013-cü ilin sentyabr ayında optimal sürmə rahatlığını təmin edən “Ağıllı sürmə sehirli bədən nəzarəti” xüsusiyyətini tanıtmaq üçün bir reklam kampaniyası başlatdı. Markanın bu reklam kampaniyası ilə vermək istədiyi mesaj isə aşağıdakı kimi idi:

“Toyuqların və “Mercedes-Benz”in ortaq nöqtəsi nədir” Hər zaman qərarlılıq.”

Bu reklam çarxından təqribən üç ay sonra Jaguar, “Mercedes-Benz” in həmin reklamına istinad edən “Jaguar vs Toyuq” reklamını yayımladı. “Jaguar” ın reklam filmində eynən “Mercedes-Benz” in reklam filmində olduğu kimi qərarlılığını göstərən bir toyuq yer alırdı, lakin kiçik bir fərqlə. Reklamın sonunda aşağıdakı ifadə qeyd edilirdi:

“Sehirli bədən nəzarəti? Biz pişik reflekslərini üstün tuturuq, bəs siz?

“Mercedes-Benz” in “Jaguar” ın bu reklamına cavab verməsi uzun çəkmədi. Alman avtomobil brendi, “Jaguar” ın bu reklamından sadəcə üç gün sonra sadə, lakin effektiv bir afişa ilə cavab verdi. Afişada qeyd edilirdi:

“Çünki pişik refleksləri kifayət qədər sürətli deyildir. Ön təhlükəsizlik əyləci.”

Microsoft vs Google

2013-cü ildə Google brauzerini tanıtmaq üçün “Chrome: İndi Hər Yerdə” adlı bir reklam çarxı yayımladı.

Bu reklamdan iki ay sonra Microsoft, “Google” un istifadəçi məxfiliyini qorumadığına dair Chrome istifadəçilərini xəbərdar etmək üçün “Scroogled” adlanan reklam kampaniyası ilə ortaya çxdı. Microsoft, “Chrome” un istifadəçilərin internet üzərindəki hər bir hərəkətini izlədiyini iddia edərək “Google Chrome” reklamını hədəfə alan “Microsoft Daxili, Google Chrome Sıçrayan Top İndi Hər Yerdə” adlı reklam filmini yayımladı.

Noyabr ayının ortasında “Microsoft” un “Scroogled” reklam kampaniyası çərçivəsində “Google” əleyhinə mesajlar verən köynək və s. məhsullar da satılmağa başlanıldı. Bu zaman satılan məhsullardan biri isə bir fincan idi. Üzərində “Google Chrome” loqosu olan bu fincanda “Biz sənin məlumatlarını oğurlayarkən sakit ol.” ifadəsi qeyd edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

“Google” isə “Microsoft” un bu reklamlarına “ “Microsoft”un son həmləsi sürpriz deyil, geyim sektorunda rəqabət həqiqətən artmaqdadır.” şəklində çox ağıllı cavab verdi. Bununla yanaşı “Google”, “Microsoft” köynək istehsalı ilə məşğul olarkən özlərinin “Google Glass” ı təkmilləşdirmək üzərində işlədiklərini bildirdi.

Samsung vs Apple

Son illərdə iki texnologiya nəhəngi “Samsung” və “Apple” ın ağıllı telefon bazarında ciddi rəqabətləri olduğunu bilirik. Bu iki marka arasındakı reklam rəqabəti isə “Samsung” firmasının yeni ağıllı telefonu “Galaxy S2” ni tanıtmaq üçün 2011-ci ilin sonlarında yayımladığı “Növbəti Böyük Şey” adlı reklam kampaniyası ilə başladı.

Bu reklam filmində növbəti iPhone modelini gözləyən “Apple” həvəskarları yoldan gəlib keçən insanların əlindəki “Samsung Galaxy S2” telefonlarına göz gəzdirirdilər. Reklamda “Niyə sadəcə 4G telefon almırsınız” kimi ifadələrlə iPhone istifadəçilərinə lağ edilməsiylə yanaşı, eyni zamanda “Samsung Galaxy S2” nin daha böyük ölçülü ekranına da diqqət çəkilirdi.

Bu reklamdan təqribən bir həftə sonra “Samsung” bir afişa hazırladı və onu Facebook səhifəsində yayımladı. Bu afişada “Samsung Galaxy S2” bir iPhone, köhnə bir mobil telefon və bir cüt boş konserv qutusu ilə birgə göstərilir və iPhone həvəskarlarına “Nəyi gözləyirsiniz” sualı yönəldilirdi.

“Samsung” firmasının “Apple” brendinə sataşdığı digər bir reklam isə 2013-cü ilin may ayında “Samsung Galaxy S4” ün tanıdımı üçün yayımlanan “Məzuniyyət Mərasimi – Hovuz partisi” adlı reklam idi.

Xbox One vs PlayStation 4

“Xbox” “PlayStation” arasında uzun müddətdir ki, davam edən rəqabət hər iki markanın da yeni nəsil oyun konsollarının buraxılması ilə yeni mərhələyə keçdi. “Sony” 2013-cü ilin oktyabr ayında yeni oyun konsolu “PlayStation 4”-ü tanıtmaq üçün bir reklam filmi yayımladı.

Rəqibinin bu həmləsini cavabsız qoymaq istəməyən “Xbox” firması da yeni oyun konsolu “Xbox One” ı tanıtmaq üçün “Dəvətnamə” adlı reklam filmi yayımladı. “Xbox” un reklamında futbol ulduzu Stiven Cerrard və “Star Trek” filmindən tanıdığımız məşhur aktyor Zeçari Quinto rol almasına baxmayaraq, “Sony” firmasının reklamı yayımlandığı gün iki dəfə daha çox həyəcan yaratdı.

Lakin bu vəziyyət “Xbox” un həmin reklamdan təqribən bir ay sonra rəsmi Twitter hesabı vasitəsiylə açıqlama yayımlamasına əngəl olmadı. “Xbox” açıqlamasında “Xbox One” nın ən yaxşı oyunlara sahib olduğunu iddia etdi.

Bu hadisədən təqribən bir ay sonra, yəni “Xbox One” ın təqdimat mərasiminin keçirildiyi gün, “PlayStation” “Oyun elanı. Bu oyunçular üçündür” başlıqlı reklam filmi yayımladı. Bu reklamda “Xbox One” ın 720p problemini də vurğulayan ifadələr yer alırdı.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et