30 yaşında milyoner olmuş şəxslər və uğurlarının sirri | Banco.az

30 yaşında milyoner olmuş şəxslər və uğurlarının sirri

Geniş düşünməyə çalışın – Riçard Brenson

Virgin Group-un yaradıcısı Riçard Brenson ilk milyon dollarını 23 yaşı olarkən qazanmış, 41 yaşında isə artıq milyarder olub.

2017-ci ildə öz bloqunda uğurunun sirri haqda yazan Brenson arzulamağın insanlığa bəxş olunmuş ən böyük hədiyyə olduğunu, onsuz insanlığın inkişaf edə bilməyəcəyini vurğulamışdı. Ona görə də özünüzü düşünməkdən və arzu etməkdən məhrum etməyin.

Mark Zukerberq böyük yatırımlar etmək tərəfdarıdır

Yəqin ki, sosial şəbəkələrin həyatımızdakı yeri hamıya məlumdur. Onlar olmadan həyatımızı, hətta işimizi də təsəvvür edə bilmirik. Facebook-un yaradıcısı Mark böyük yatırımların böyük dəyişikliklər gətirəcəyinə inanır. Məhz bunun nəticəsidir ki, o, 2006-cı ildə artıq 22 yaşında milyaner, 23 yaşında isə milyarder olmağa ha qazandı. Onun sözlərinə görə komanda olaraq etdiyi yatırımlara hər zaman müsbət yanaşıb və nəticəsinin daha yaxşı olacağına ümid edib.

Ən sərfəli kredit üçün müraciət et

Bill Qeyts sadə həllərə xüsusi önəm verir

Microsoft-un yaradıcısı Bill Qeyts ilk dəfə 1981-də 26 yaşında milyaner, 31 yaşında isə milyarder olub.

“Dəyişimə müdaxilə - qayğının azlığından irəli gəlmir. Bu çətinliyin daha irəli formasıdır. Qayğını təsirə çevirmək üçün, problemin kökünü, həllini və nəticəsini görməliyik. ”

Sara Bleykli səhvin uğura apardığına inanır

Spanx şirkətinin yaradıcısı Sara Breykli 29 yaşında milyaner olmağa müvəffəq olmuş nadir xanımlardandır. Hansı ki, uğurlu biznesi sahəsində artıq 41 yaşında adını milyarderlər siyahısına daxil olmağı bacarmışdır.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et