2023-cü ildə ölkədə 82 min yeni iş yeri açılıb | Banco.az

2023-cü ildə ölkədə 82 min yeni iş yeri açılıb

2023-cü il ərzində ölkədə 82,3 min yeni iş yerləri açılıb.

Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.

Bu dövrdə yaradılan iş yerlərinin 91,8 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni açılan iş yerlərinin 79,7 faizi Bakı şəhərinin, 1,3 faizi Naxçıvan Muxtar Respublikasının, 19,0 faizi digər regionların, o cümlədən 3,6 faizi Abşeron-Xızı, 2,4 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi ŞəkiZaqatala, 1,7 faizi Şirvan-Salyan, 1,6 faizi Qazax-Tovuz, 1,4 faizi Lənkəran-Astara, 1,3 faizi Mərkəzi Aran, 1,2 faizi Qarabağ, 0,9 faizi Şərqi Zəngəzur, 0,7 faizi Mil-Muğan, 0,5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Yeni açılan iş yerlərinin 9,4 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 89,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 0,5 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et