2020-ci ildə Azərbaycanda inflyasiyanın artması gözlənilir - RƏSMİ | Banco.az

2020-ci ildə Azərbaycanda inflyasiyanın artması gözlənilir - RƏSMİ

Cari ilin ilk yarısında istehlak qiymətlərinin indeksi (inflyasiya) 2,5 faiz təşkil etmişdir.

Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki,  2019-cu ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərinin artım tempi 0,3 faiz-bənd, qeyri-ərzaq məhsullarının qiymətlərinin artım tempi 2,5 faiz-bənd, ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin artım tempi 0,5 faiz-bənd azalmışdır.

Ən sərfəli kredit üçün müraciət et

“Cari ilin sonuna inflyasiya səviyyəsinin 3,7 faizə bərabər olacağı proqnozlaşdırılır. 2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faizə qədər artması gözlənilsə də, sonrakı illərdə artım tempinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunacağı gözlənilir”,- açıqlamada deyilir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et