2019-cu ilin birinci yarısında Azərbaycanın ixrac əməliyyatları 10 milyard dollara çatıb | Banco.az

2019-cu ilin birinci yarısında Azərbaycanın ixrac əməliyyatları 10 milyard dollara çatıb

2019-cu ilin birinci yarısında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 16 milyard 994 milyon 659 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, idxal əməliyyatları üzrə 7 milyard 15 milyon 633 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 9 milyard 979 milyon 26 min ABŞ dolları ticarət aparılıb və 2 milyard 963 milyon 393 min dollar müsbət saldo yaranıb.

İyunda ixrac 1 milyard 358 milyon 136 min dollar, idxal 1 milyard 180 milyon 200 min dollar, müsbət saldo isə 177 milyon 936 min dollar təşkil edib. Əsas məhsulların ilk beşliyini xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi və meyvə-tərəvəz təşkil edib. Azərbaycan ən çox İtaliya, Türkiyə və Çinə məhsul ixrac edib. İdxalda isə ilk yerlərdə yeyinti məhsulları, ət, süd, kərə yağı və meyvə-tərəvəz olub. Ölkəyə ən çox idxal olunan məhsullar İsveçrə, Rusiya və Türkiyənın payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

https://customs.gov.az/

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç