2018-ci ilin yanvar-fevral ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb | Banco.az

2018-ci ilin yanvar-fevral ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

2018-ci ilin yanvar-fevral ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 130.2 mln. manat məbləğində sığorta haqları toplanmış, 40.5 mln. manat məbləğində sığorta ödənişi aparılmışdır.           

Palatadan banco.az-a verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 106.8 mln. manat, ödənişlər isə 29.6 mln. manat təşkil etmişdir. İcbari sığorta bazarı üzrə haqlar 23.4 mln. manat, ödənişlər isə 10.9 mln. manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin yanvar-fervral ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 82%-i  könüllü, 18%-i isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşmışdır.

2018-ci ilin yanvar-fevral ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Ən sərfəli krediti almaq üçün müraciət et