2018-ci ilin ən yaxşı TED çıxışları | Banco.az

2018-ci ilin ən yaxşı TED çıxışları

İlham çox fərqli formalarda qarşımıza çıxır, ancaq əksərən digər insanlardan ilham alırıq. İş yoldanışınız, dostunuz, tanışınız, hətta tanımadığınız bir insan belə sizə ilham verə bilər. Maliyyə məqsədi daşımayan bir qurum olaraq hədəfində fikirləri bölüşmək olan “TED” – in ən böyük uğuru insanlara ilham verməkdir.

Hər nə qədər texnologiya, dizayn və əyləncə mövzularını əsas götürsə də, markalaşan qısa, ancaq təsirli TED çıxışları artıq hər sahəyə dair mövzuları əhatə edir. Aşağıdakı siyahıda 2018 – ci ilin indiyə qədərki ən yaxşı 7 TED çıxışını qeyd etmişik:

1. Jaron Lanier: How We Need to Remake the Internet (Niyə interneti yenidən formalaşdırmalıyıq)

“1980 – ci illərdə TED səhnəsində ilk çıxışımı etmişdim” deyə sözünə başlayan kompüter mütəxəssisi, yazıçı və “virtual reallığın atası” Jaron Lanier belə davam edir: “O vaxtlar qeyri-müəyyən bir gələcəklə qarşı qarşıya olduğumuzu bilirdik, çünki ehtiyacımız olan və sevdiyimiz texnologiya həmçinin bizim fəlakətimiz ola bilərdi.” Lanier internetin ilk illərində onun ideallaşdırıldığını, lakin potensial qaranlıq tərəfinin də olduğunu söyləyir. Günümüz də isə həmin qaranlıq tərəfə keçdiyimizi iddia edir. Sosial şəbəkələr də reklam modelləri ilə bərabər təkamülə uğradı və istifadəçilər üçün sosial “mükafatlar” və “cəzalar” tətbiq etməyə başladılar. “Bunlara artıq sosial şəbəkələr deyə bilmirəm, davranış dəyişdirmə imperatorluqları deyirəm” deyə bildirir. Lanier bu vasitələri təkmilləşdirən insanları və ya “Silikon Vadisi” – ni günahlandırmır, lakin problemin ciddiliyini vurğulayır. Həll yolu olaraq isə axtarış sistemlərinin və sosial şəbəkələrin ya abunə olmaq yolu ilə, ya da hər istifadə üçün ayrı olaraq ödənişli olmasını təklif edir.

2. Dan Gartenberg: The Brain Benefits of Deep Sleep — and How to Get More of It (Dərin Yuxunun Beyinə Faydaları ve Necə Daha Dərin Bir Yuxu Yata Bilərik)

Yuxu elmləri üzrə alim Dan Gartenberg 10 il boyunca daha yaxşı bir yuxu üçün müxtəlif yolları araşdırdı, indi isə görünür ki, cavabı tapıb.

Yuxu problemləri günümüzdə olduqca geniş yayılmışdır. İnsanlar 60-70 il əvvələ nəzərən 1 saat daha az yatırlar. Standatlardan az yuxu rejimi Altsheymer xəstəliyindən diabetə və ürək-damar problemlərinə qədər bir çox xəstəliyə səbəb ola bilir. Bununla yanaşı riskli qərarlar qəbul edilməsini və ya yaddaş pozuntularına da gətirib çıxara bilir.

Yüngül yuxu və REM yuxusundan sonrakı mərhələ olan dərin yuxu ilə bağlı araşdırma aparan Gartenberg, üzərində eksperiment aparılan insanın dərin yuxusunu pozan müəyyən səslərdən istifadə edilməsinin uzun beyin dalğalarının sayını artırdığını aşkar etmişdir. Delta dalğaları adlanan bu dalğalar, gündəlik təcrübələrimizi uzun müddətli xatirələrə və xarakter formalaşmasına çevirən dərin yuxunun ayrılmaz bir hissəsidir. Gartenberg və yoldaşları dərin yuxu və delta dalğaları ilə bağlı fikirlərini geniş auditoriyalara çatdırmağı ümid edirlər.

3. Marily Oppezzo: Want to Be More Creative? Go for a Walk. (Daha Yaradıcı Olmaq İstəyirsiniz? Elə isə, Gəzintiyə Çıkın.)

Davranış və öyrətmə üzrə mütəxəssis Marily Oppenzo, gündəlik əşyaların yaradıcı istifadəsi ilə bağlı “beyin fırtınası” etmələrini tapşırdığı bir qrup üzərində testlər həyata keçirdi. Nəticələrə görə oturaraq düşünməkləri istənilən insanlar 4 dəqiqədə 20 yaradıcı fikir tapdıqları halda, qaçış alətində düşünməkləri istənilən insanlarda bu göstərici demək olar ki, iki dəfə artmışdı. Qaçış alətindəki insanlardan eyni şeyi oturaraq etməklərini istədikdə yenə bənzər nəticə əldə edildi. Bu da gəzməyi dayandırdıqdan sonra belə bunun yaradıcılığa təsirin davam etdiyini göstərir.

Oppezzo gəzərkən xüsusilə müəyyən bir sualı və ya mövzunu düşünməyinizi məsləhət görür. Ağlınıza gələn yaradıcı fikirləri unutmamağınız üçün səs yazıcıdan istifadə etməyiniz tövsiyyə olunur.

Ən sərfəli kredit üçün müraciət et

4. Jason Shen: Looking for a Job? Highlight Your Ability, Not Your Experience. (İş Axtarısınız? Bacarıqlarınızı Vurğulayın, Təcrübələrinizi Deyil)

Shen universitetdə biologiya fakültəsini bitirir, “Google” və ya digər şirkətlər tərəfindən rədd edildikdə “Etsy” şirkətinə məhsul meneceri vəzifəsinə müraciət edir. Bəs, şirkəti seçilməsi üçün necə razı saldı? Təcrübələrindən çox edə biləcəklərini nəzərə çatdıraraq; ictimaiyyətə açıq bütün hesabatları oxudu, şirkətin iş modelini analiz edən bir internet saytı qurdu və yeni işlər üçün dörd fikir irəli sürdü.

5. Tapiwa Chiwewe: You Don’t Have to Be an Expert to Solve Big Problems (Büyük problemləri Həll Etmək Mütəxəssis olmağınız Zəruri deyil)

Sevdiyi Yohannesburq şəhərinin üstünü örtən nəhəng çirkli hava buludu, kompüter mühəndisi Tapiwa Chiweweyə heç bir təcrübəsinin olmadığı havanın çirklənməsi mövzusunda araşdırma aparması üçün ilham olmuşdu. Qısa bir müddət sonra o, havanın çirklənməsinin sağlamlıq baxımından dünyanın ən böyük ekoloji risk faktoru olduğunu və təkcə 2010 – ci ildə ölüm hallarının 14 % -nə həm evdəki həm də çöldəki hava çirkliliyinin səbəb olduğunu kəşf etmişdi.

Ətraf mühitlə bağlı bildiklərini təkmilləşdirmək üçün yenidən tələbə olan Chiwewe, proqram mühəndisliyi və süni intellekt sahələrindəki təcrübələrindən bu problemə həll yolu tapmaq üçün istifadə etməyin yollarını araşdırmağa başlamışdı. Bu səylərinin nəticəsi isə onlayn hava keyfiyyətini idarəetmə platformasının yaradılması oldu. Platforma həm tarixi həm də cari məlumatlardan istifadə edərək hava keyfiyyəti trendlərini göstərir və gələcəkdə havanın çirklənmə səviyyələri haqqında proqnozlar verir.

6. Tanya Menon: The Secret to Great Opportunities? The Person You Haven’t Met Yet. (Böyük Fürsətlərin Sirri Nədir? Hələ Tanış olmadığınız Bir İnsan.)

Ən yaxın dostunuzu düşünün. Sizinlə eyni cinsə məxsusdurlarmı? Sizə bənzəyirlərmi? Təşkilati psixologiya üzrə mütəxəssis Tanya Menon TED çıxışına bu suallarla başlayır və dinləyicilərdən sosial dünyalarını genişlətməklərini xahiş edir.

Menon sosioloq Mark Granovetterin bir tədqiqatını misal göstərərək insanların iş imkanlarını ailə və ya həyat yoldaşı kimi yaxın insanlar vasitəsilə deyil, tanışlar ya da tanıdığı, ancaq əlaqələrinin zəif olduğu insanlar vasitəsilə əldə etdiyini vurğulayır.

7. Susan David: The Gift and Power of Emotional Courage (Mənəvi Cəsarət Qabiliyyəti və Gücü)

Psixoloq Susan David hisslərimizi idarə etmə formalarının “sevmək, valideynlik, rəhbərlik və ümumi olaraq yaşayış tərzimizə hər baxımdan təsir etdiyini” söyləyir. Günümüzdə insanlar hiss və duyğulara iki mövqedən (ağ və qara) yanaşan düşüncə tərzinə sahibdirlər və bu hal getdikcə sabitləşir.

Həyatdakı yeganə müəyyənlik elə qeyri-müəyyənlik olduğundan, David dözümlü olmağın açarının mənəvi aktivlik olduğunu bildirir. David çıxışı zamanı dinləyiciləri öz duyğularının səbəblərini müəyyənləşdirmək üçün onları düzgün formada təyin etməyə çağırır. Başqa bir nüansa diqqət çəkərkən deyir: “Duyğular məlumatdır, yönləndirici deyillər.” Duyğularınızı kəşf etmək və hansı mənanı ifadə etdiklərini tapmaq vacibdir, lakin duyğularınızın sizi idarə etməsinə əsla icazə verməməlisiniz.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et