2017-nin əvvəlində kritik vəziyyətdə olan Beynəlxalq Bank, ili mənfəətlə başa vurdu | Banco.az

2017-nin əvvəlində kritik vəziyyətdə olan Beynəlxalq Bank, ili mənfəətlə başa vurdu

2017-ci ilin 12 aylıq yekun maliyyə hesabatlarını dərc edən Beynəlxalq Bankın mənfəətdə olduğu ortaya çıxıb. 

Sözügedən dövrdə  202,324 mln. manat xalis faiz gəliri, 332,321 mln. manat xalis qeyri-faiz gəliri olan bankın əməliyyat mənfəəti  534,645 mln. manat olub. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını  271,359 mln. manat azaldan Beynəlxalq Bank, bu yolla mənfəətini daha da artırıb.

Belə ki, ilin sonuna bankın xalis mənfəəti 806,004 mln. manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Beynəlxalq Bank-ın vəziyyəti 2017-ci ilin əvvəlində daha kritik idi və bankın sağlamlaşdırılması üçün restrukturizasiya tədbirləri həyata keçirilirdi. Bütün çətinliklərə baxmayaraq, həyata keçirilən tədbirlər banka müsbət təsirini göstərdi və bank, ili mənfəətlə başa vurmağı bacardı.

Ən sərfəli krediti almaq üçün müraciət et