2013-cü il karyera faicələri | Banco.az

2013-cü il karyera faicələri

Karyeranızda yüksəldikcə, məsuliyyətiniz də artır. Eyni zamanda gəlir və həyat keyfiyyəti də artır. Həmçinin, itirəcəyiniz şeylərdə artır.

Düşünün Məşhur CEO-sunuz. Aylıq gəliriniz 25 min AZN-dir. Şirkətə aid avtomobiliniz, köməkçiniz, kredit kartlarınız var. Karyeranızın zirvəsindəsiniz. ... və  birdən ... işinizi itirirsiniz. 

Sizə bu mövzuda dünyadan nümunələr gətirəcəyik. Budur işini itirən 10 CEO. Daha doğrusu 2013-cü ilin karyera faciələri:

 1) 1. Ron Johnson, J.C. Penney

CEO kürsüsünə oturduqdan sadəcə 17 ay sonra Ron Johnson, JC Penney şirkətinin birjadakı sürətli süqutu və gəlir itkilərindən sonra işdən qovuldu. Ron Johnsondan əvvəl CEO-luq kürsüsündə əyləşən Myron ULLMAN yenidən vəzifəsinə qayıtdı. 

2) Aubrey MCCLENDON, Chesapeake Energy 

Şirkət ilə arasında problemlərdən dolayı işdən qovulan Aubrey MCCLENDON təxminən 35 milyonluq bir çıxış paketiylə işdən qovuldu. 

3) Mark Pincus, Zynga

Məşhur online oyun olan Farmville-nin yaradıcısı Zynga-nın CEO-luq kürsüsündə əyləşən Mark Pincus, şirkəti masa üstü kompüter oyunlarından mobil kompüter oyunlarına sürətli və qazanclı bir şəkildə keçirə bilmədiyi üçün olduqca çətin dövrlər yaşadı. Birjadakı hissələri 10 $-dan 2.40 $-a qədər geriləyən Zynga-nın gənc CEO-su, 2013-cü il İyul ayında CEO-luq vəzifəsini buraxmaq məcburiyyətində qaldı.

4) Thorsten Heins, Blackberry  

Ağıllı telefon bazarındakı sürətli texnoloji inkişaflara ayaq uydura bilməyən Blackberry, son addımını 2013-cü ilin ilk aylarında satışa çıxardığı son versiya Blackberry-lərlə etmişdi. Ancaq tənqidçilər və istifadəçilər tərəfindən tənqidə tuş gələn bu telefonlar da bazarda mövqe tuta bilməyəndə, 2013-cü ilin Noyabr ayında Thorsten Heins istefa etmək məcburiyyətində qaldı.

5) Steve Balmer, Microsoft

Steve Ballmer şirkətə verdiyi 33 illik əməkdən sonra 2013-ci ildə şirkətdən çıxdı. Son 13 ilini şirkətin Bill Gatesdən sonrakı CEO-su olaraq keçirən Ballmer, 13 ildə şirkətin birjadakı dəyərini 36% aşağı saldı. İstefa etdiyini açıqladıqdan bir gün sonra Microsoft-un birjadakı səhmləri 10% artdı.

Ən sərfəli kredit üçün müraciət et

6) Andrew Mason, Groupon

Fürsət saytları anlayışını yaradan Groupon-un 33 yaşındakı gənc CEO-su Andrew Mason, eyni zamanda şirkətin ilk qurucularından biri idi. Şirkət birjaya ilk daxil olduğu zaman 16.5 milyard dollar olaraq dəyərlənmişdi. Lakin Andrew Mason tərəfindən idarə olunan bu nəhəng internet şirkəti, yalnız 3 ildə 3 milyard dollar dəyərə qədər endi. Rəqabətin də artmasıyla Groupon son zamanlarda tarixinin ən çətin dövrlərini yaşayır. Bütün bunlara görə Andrew Mason Fevral ayında şirkətdən qovuldu.

7) Christine Day, Lululemon

İdman avadanlıqları və paltarları satan Lululemon-nun qadın CEO-su Christine Daynı, Nike və GAP-ın rəqabətinə və edilən istehsal səhvinin şirkət üzərindəki inanılmaz təzyiqinə dözə bilməyərək May ayında öz istəyiylə istefa etdi. Christine Dayin rəhbərliyi ilə istehsal olunan qara idman şalvarını, geyinən insanlar əyildikdə və ya idman edərkən paltarı transparan olur və bədəni göstərir!

8) Michael T. Duke, Walmart

Dünyanın ən böyük pərakəndə satış şirkəti olan Walmart-ın uzun illərdir ki CEO-luğunu edən Michael Duke, satışların geriləməsi və getdikcə artan işçi etirazları ilə mübarizə edə bilmədi və CEO-luqdan istefa etdi. Walmart, Amerikada işçilərinə saat başı olaraq ən az ödənişi verən şirkət olaraq seçilmişdi.

9) Robert McDonald, Procter & Gamble

Dünyanın ən böyük FMCG firması olan P&G-in gənc CEO-su, şirkətin fəal sərmayəçilərindən olan William Ackmanın özüylə əlaqədar səmərəsizlik, xərclərin yüksəkliyi və birjadakı hisse enişi ittihamlarından sonra istefa etmək məcburiyyətində qaldı.

10) Angela Ahrendts, Burberry

Dünyanın ən böyük lüks pərakəndə markalarından biri olan Burberry-dəki CEO-luq vəzifəsini Apple-nin online və fiziki marka dəyərini yüksəltmə vəzifəsi üçün buraxan Angela Ahrendts, Yanvar ayında istefasını açıqladı.


Günel Abduraxmanova / [email protected]

 

Ən sərfəli krediti almaq üçün müraciət et