2000 manata şirkət sahibi ola bilərsiniz | Banco.az

2000 manata şirkət sahibi ola bilərsiniz

Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 14-də  növbəti əmlak hərracı keçirəcək. Komitədən verilən xəbərə görə, həmin  gün daha 20 səhmdar cəmiyyətin səhmlərinin bir hissəsi satışa çıxarılacaq.

Onların sırasında “Azərmetalinvest” ASC, “Bərdə Kərpic” ASC, “Çatal Broyler” ASC, “Kürdəmir Quşçuluq” ASC, "Tərtər Konserv" ASC də var. Hərracda həmin şirkətlərin səhmlərinin 30-45%-lik hissəsi satışa çıxarılıb. Onların ilkin satış qiyməti 6 200 manatdan başlayır. Bir səhmin qiyməti cəmi 2 manatdır.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Onlar hərraca çıxarılan şirkətlərin ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.

Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır. Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Ən sərfəli kredit üçün müraciət et

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;

 -müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;

-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2017-ci ilin yanvar ayının 31-də saat 09:30-da Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 139 A) keçiriləcəkdir.

Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

Hərraca çıxarılan şirkətlərin tam siyahısı ilə buradan tanış ola bilərsiz.

©Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et