20 bankın qeyri-faiz xərcləri artıb | Banco.az

20 bankın qeyri-faiz xərcləri artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 20-nin bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən çox olub. 

Bunlar "Bank of Baku", "Günay Bank", "AFB Bank", "Rabitəbank", "Bank Silk Vey", "Zıraat Bank Azərbaycan", "Bank Respublika", "NBC Bank", "Express Bank", "AGBank", "Muğan Bank", "Xalq Bank", "Naxçıvan Bank", "Kapital Bank", "PAŞA Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank BTB", "Nikoyl Bank" və "Unibank"dır. Ən yüksək dinamika "Bank of Baku"da (2,5 dəfə), ən aşağı dinamika isə "Unibank"da (4,1%) qeydə alınıb.

Qalan 10 bankın isə qeyri-faiz xərcləri azalıb. Ən çox azalma "Azərbaycan Beynəlxalq Bankı"nda (31,3%), ən az azalma isə "Bank VTB Azərbaycan"da (0,5%) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

5 bankın qeyri-faiz xərcləri 40 milyon manatdan çoxdur

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin qeyri-faiz xərcləri 40 milyon manatdan çox olub.

Bunlar "Kapital Bank" (120,642 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (82,619 milyon manat), "PAŞA Bank" (57,309 milyon manat), "Bank of Baku" (46,137 milyon manat) və "Access Bank"dır (44,166 milyon manat).

Qalan 25 bankdan 15-də qeyri-faiz xərcləri 10-40 milyon manat arasında, 9 bankda 1-10 milyon manat arasında, 1 bankda - Pakistan Milli Bankının Bakı filialında isə cəmi 609 min manatdır.

© Renkinq" 

Ən sərfəli krediti almaq üçün müraciət et