1976-cı il tarixli “Apple” kompüteri satıldı - 355 MİN $ | Banco.az

1976-cı il tarixli “Apple” kompüteri satıldı - 355 MİN $

“Christie’s” hərrac evi “Apple” korporasiyasının 1976-cı ildə buraxılan və hazırda işlək vəziyyətdə olan 6 kompüterindən birini satıb.

KT.lent.az-ın xəbərinə görə, “Apple I” kompüteri 355 min dollara satılıb.

Qeyd olunur ki, bu, eyni model kompüterlər üçün ən yüksək qiymət deyil. Belə ki, 2013-cü ildə bu modellərdən biri 671 min dollara, digəri isə rekord qiymətə - 905 min dollara satılıb. Müqayisə üçün deyək ki, elə həmin hərracda alman faşistlərinin 1944-cü ildə hazırlanmış məşhur şifrələmə aparatı “Eniqma” 547 min dollara atılıb.  

Ən sərfəli kredit üçün müraciət et

“Apple”ın ilk kompüteri şirkətin həmtəsisçisi Stiv Voznyak tərəfindən şəxsi istifadə üçün işlənib hazırlanıb. Kompüterin qiyməti o vaxt 666,66 dollar olub. Lakin istifadəçi bu qurğuya korpus, ekran, klaviatura və enerji qidalanma mənbəyi əlavə etməli idi. Ümumilikdə 200-ə yaxın “Apple I” buraxılıb. Hazırda cəmi 63 bu cür kompüter qalıb.  

Ən sərfəli krediti almaq üçün müraciət et