17 yaşlı məktəbli Microsoft Excel yarışmasının qalibi oldu | Banco.az

17 yaşlı məktəbli Microsoft Excel yarışmasının qalibi oldu

16. ilini qeyd edən və hər il təşkil edilən Microsoft Office Specialist World Championship’in excel sahəsində qalibləri dünən bəlli olub. Birinci yerin sahibi 17 yaşlı Con Dumoulin olub.

İndiyə qədər Amerikalı iştirakçılar Word və Powerpoint kateqoriyalarında müvəffəqiyyətli olublar. Ancaq Con Dumoulin, 2001-ci ildən bəri keçirilən yarışmada Excel kateqoriyasında birincilik mükafatını alan ilk Amerikalı oldu. Əvvəlki il ABŞ finallarında 3000 dollarlıq bir mükafat qazanan Dumoulin, bu səfər 7000 dollarlıq birincilik mükafatını əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

Yaşları 13-22 arasında olan iştirakçılar finala qədər verilən tapşırıqları yerinə yetirməyə çalışırlar. Ən sürətli şəkildə və ən düzgün sənəd düzəldən iştirakçı qalib olur.

Dumoulin excel ilə maraqlanmağa orta məktəbdən başladığını söyləyir. O mətbuata açıqlamasında Mən hesablamaları çox sevirəm deyib.

Mənbə: Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et