15 yaşında pullarını kriptovalyutaya yatıran gənc milyonçu | Banco.az

15 yaşında pullarını kriptovalyutaya yatıran gənc milyonçu

Cəmi 15 yaşında kriptovalyutanın gələcəyini görən Eddy Zillan hal-hazırda milyonçudur.

Eddy Zillan 2015-ci ildə Kraken kripto birjasında hesab açıb və 100 dollarlıq ethereum alıb. Həmin zamanlarda kriptovalyutaya olan etibar çox zəif olduğuna görə sərmayələrlə bağlı tövsiyyə almaqda çətinlik çəkdiyini bildirir. Bütün bu məlumatları özü öyrənib. Ethereum aldığı günün səhəri qiymət 100 dollardan 110 dollara qədər qalxıb və bu onu çox həyəcanlandırıb.

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra 1000 dollarlıq ethereum yenə alır və sonrakı həftə 1000 dollar 5 min dollar daha sonra isə 6 min dollara qalxır. Bu imkanlardan istifadə edərək portfelini böyüdür.

Keçdiyi tennis dərslərindən qazandığı 12 min dolları kriptovalyutalara yatırır. Bir iki ay sonra isə artıq onun 350 min dollar sərvəti var idi.

Hazırda onun 1 milyon dollardan çox sərvəti var. 18 yaşı var və bu sahədə özünə şirkət qurub. Saatı 250 dollarlıq məsləhətlər verir.

bizplus.az