12.000 pudding alaraq 1 milyon mil ilə illərcə pulsuz uçan adam: David Philips | Banco.az

12.000 pudding alaraq 1 milyon mil ilə illərcə pulsuz uçan adam: David Philips

Gəlin belə düşünək, şokoladı çox sevirsiniz  və yanında hədiyyə verilir deyə ondan 12 min pudding alarsınızmı? Siz almasaz belə alan tapılıb, həm də pudding adam deyilən David Philips bunu edib. Tam olaraq 12 150 pudding alaraq pulsuz 1 milyon mil məsafəni təyyarə ilə uçmuşdur, yaxşı bəs necə?

1999-un may ayında inşaat mühəndisi olan David Philips gündəlik alış-veriş edərkən, Healthy Choice markasının 50 mil uçuş hədiyyə edən puddingləri gözünə çarpar, verilən hədiyyənin puddingdən daha dəyərli olduğunu fikirləşib market arabasını puddinglərlə doldurar.  Özünün dediyinə görə, 50 mil uçuş hədiyyə edən puddinglərdən 12 150 ədəd satın alıb. Diqqət çəkməmək üçün isə, 2000-ci illərin əvvəllərində mövcud olan Y2K fəlakətini göstərərək, ərzaq topladığını bildirər. 

David bu işin öhdəsindən tək gələ bilməyəcəyini görüb 1865-ci ildə qurulan  xeyriyyə və maliyyə yardımı təşkilatı olan  Salvation Army komandasından köməklik istər və onlardan yardım alar. Bunun qarşılığında isə aldığı puddinglərin çoxunu bu komandaya verər. 

Ən sərfəli kredit üçün müraciət et

Böyük çətinliklərdən sonra Pudding adam istəyinə çatar və təqribən 1 milyon 253 min mil ilə mükafatlandırılır.  Əldə etdiyi millərlə 31 dəfə Avropaya,  42 dəfə Hawaiyə, 21 dəfə Avstraliyaya və 50 dəfədən çox Amerikaya təyyarə ilə səyahət edə biləcək.  Artıq o pudding adam deyil, uçan adamdır.

Ödədiyi 3140 dolların qarşılığını artığıyla alan Pudding adam, AAdvantage turizm şirkətinin hesabına yüklədiyi millər vasitəsi ilə ömürünün axırına qədər gold üzvlük haqqını əldə edər. Eyni zamanda gold üzvlük haqqına sahib olanlar əlavə üstünlüklər də əldə edəcəkdir.  Deməli mağazada yazan bu fürsəti qaçırmayın yazısına diqqət vermək lazımdır , görürsünüz  David  diqqət verib dünyayı gəzir :)

Xəzər Aslanov. Banco.az

Yeməyə ildə təqribən 5 AZN xərcləyərək kral kimi yaşayan bir insanın hekayəsi: William Reid

Ən sərfəli krediti almaq üçün müraciət et