"11 ildir o şirkətin səhmdarıyam" - Anar Bağırovdan AÇIQLAMA | Banco.az

"11 ildir o şirkətin səhmdarıyam" - Anar Bağırovdan AÇIQLAMA

Vəkillər Kollegiyasının sədri Anar Bağırov guya ötən il “Finance Leasing” ASC-dən pay alması barədə məlumatı əkzib edib. Kollegiya sədri FED.az-a bildirib ki, haqqında yayılan məlumat əsassızdır: «Mən o şrkət təsis olunduğu gündən, artıq 11 ildir onun minoritar səhmdarıyam».


Vəkillər Kollegiyasının sədri lizinq şirkətindən pay alıb

Ən sərfəli kredit üçün müraciət et


Məlumatla bağlı “Finance Leasing” şirkətinin özü də məlumat yayıb.

Məlumatda deyilir ki,  Bağırov Anar Ramiz oğlu “Finance Leasing” ASC-nin qeydiyyata alındığı 2 aprel 2007-ci il tarixindən ASC-nin səhmdarıdır.

Xatırladaq ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) sabiq icraçı direktoru Azad Cavadov da vaxtilə “Finance Leasing”in səhmdarı olub.

Ən sərfəli krediti almaq üçün müraciət et