İnsanlar adətən şəlaləri seyr etmək üçün təbiət qoynuna üz tuturlar. Ancaq Çində daha buna ehtiyac qalmadı, çinlilər şəhərin mərkəzində belə ən gözəl şəlaləni izləyə bilərlər.
Belə ki, Çinin cənub qərbində yerləşən Guiyang şəhərində ucalan 121 m hündürlüyündə “Liebian” göydələnindən aşağıya doğru süni şəlalə tökülür.
Çinin cənub qərbində yerləşən Guiyang şəhərinin sakinləri, şəhərin mərkəzində ucalan göydələndən aşağıya tökülən nəhəng şəlaləni gördükdə bütün bunların xülya olduğunu düşünürdülər. Lakin, 108 metr (350 ft) hündürlüyündə şəlalə həqiqətən də şəhərin biznes mərkəzində yerləşən ictimai plazadakı “Liebian” göydələninin bir hissəsidir.
121 m (397 ft) hündürlüyündəki göydələnin aşağısına böyük su çəni yerləşdirilib, 4 ədəd 185 kilovatlıq nasos buradan suyu şəlalənin yuxarısına qaldırır.
Süni şəlalənin video görüntülərində görürük ki, günəş şüalarının əks etdirdiyi su axını binanın şüşə panelləri qarşısında daimi göyqurşağı yaradır. Bu təbiətlə şəhər həyatının heyranedici vəhdətidir.
Şəlalə “Guizhou Ludiya Property Management Co.” şirkəti tərəfindən turistləri cəlb etmək məqsədilə dizayn edilmişdir.
Plazanın sözçüsü Cənab Cheng “Kan Kan News” saytına verdiyi müsahibədə bildirib ki, əsas su mənbəyi olaraq təkrar istifadəyə yararlı sular, yağış suları və ya digər kanalların suyundan istifadə edilmişdir.
Cənab Cheng söyləyir: “Göydələn dörd mərtəbəli yeraltı su anbarı və drenaj sisteminə malikdir.”
O, həmçinin bildirir ki, süni şəlalənin su təchizatını həyata keçirmək üçün sərf edilən elektrik xərci təkcə bir saat ərzində 89 funt sterlinq təşkil edir. Bu səbəbdən də biz bu süni şəlalənin suyunu hər gün buraxmır, sadəcə şəhərdə xüsusi şənliklər zamanı şəlaləni aktivləşdiririk.
Həmçinin qeyd edək ki, süni şəlalə elektrik enerjisinə qənaət etmək üçün 10 – 20 dəqiqə intervalında aktiv olur.
Bəzi sakinlər bu qeyri-adi binanın olduqca heyranedici olduğunu düşünsə də, bəziləri isə bunun tamamilə elektrik və su israfı olduğuna inanır.
Tamara Mustafayeva, banco.az