10.000 AZN-dək Asan pul krediti! | Banco.az

10.000 AZN-dək Asan pul krediti!

Müştərilərin maliyyə ehtiyacları və aylıq xərclərini düşünən Expressbank Asan kredit məhsulu üzrə maksimal məbləği 10.000 AZN-dək artırdı. Asan pul krediti götürərkən 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə büdcələrini daha çevik idarə etməyə, aylıq kredit ödənişinin məbləğini minimuma endirməyə imkan verir. Məsələn, bu gün Expressbank müştəriləri 1000 AZN kredit götürməklə cəmi 42 AZN – dən başlayan aylıq ödəniş edə bilərlər. Ən əsası isə - girovsuz və zaminsiz.

Müştərilərinin məmnuniyyətini daim gündəmdə saxlayan Expressbank həmçinin kreditərin rahat ödəmə vasitələrini də təqdim edir. Expresspay ödəniş terminalları, Expresspay mobil əlavəsi və www.expressbank.az saytında Şəxsi kabinet vasitəsi ilə müştərilər 24 saat ərzində kreditlərini ödəyə və ya hesablarında digər əməliyyatlar həyata keçirə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdanibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə,www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.expressbank.az daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et