100 milyon manatdan çox əməliyyat gəlirləri əldə edən 3 bank | Banco.az

100 milyon manatdan çox əməliyyat gəlirləri əldə edən 3 bank

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 3-nün bu ilin yanvar-iyun aylarındakı əməliyyat gəlirləri 100 milyon manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (284,503 milyon manat), "Kapital Bank" (266,062 milyon manat) və "PAŞA Bank"dır (121,605 milyon manat).

Qalan 27 bankdan 4-də əməliyyat gəlirləri 50-100 milyon manat arasında, 16 bankdan 10-50 milyon manat arasında, 7 bankda isə 10 milyon manatdan azdır.

 

7 bankın əməliyyat gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu ilin yanvar-iyun aylarındakı əməliyyat gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar "Bank Avrasiya", "Nikoyl Bank", "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Atabank", "AFB Bank" və Pakistan Milli Bankının Bakı filialındadır. Ən az azalma "Bank Avrasiya"da (2,3%), ən çox azalma isə Pakistan bankında (57,3%) qeydə alınıb.

1 bankın - "Bank VTB Azərbaycan"ın bu ilin I yarısında əməliyyat gəlirləri olsa da, ötən ilin eyni dövründə əməliyyat zərəri ilə üzləşib, odur ki, bu maliyyə qurumunun əməliyyat gəlirlərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 22 bankın isə əməliyyat gəlirləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Bank Respublika"da (2 dəfə), ən aşağı dinamika isə "Günay Bank"da (3,2%) qeydə alınıb. 

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et