10 uğurlu CEO-nun ilk işləri | Banco.az

10 uğurlu CEO-nun ilk işləri

Hədəfiniz nə olursa olsun, o hədəfə çatmaq üçün pillələri bir-bir çıxmalısınız. Uğurlu karyeraya sahib olan insanların bir çoxu iş həyatına başladıqları zaman adi, hətta olduqca zəhmət tələb edən işlərlə məşğul olmuşlar. Dünyanın ən böyük şirkətlərinin icraçı direktorları (CEO) da həmin uğurlu insanlar sırasındadırlar.

Maliyyə və biznes xəbərləri saytı olan “Business Insider” – in hazırladığı siyahıda uğurlu CEO – lardan 10 – u  ilə sizləri tanış edirik.

1. McDonald’s şirkətinin keçmiş CEO - su Jim Skinner – McDonald’s Restoran Müdiri (təcrübəçi)

Ötən illər ərzində dünya miqyasında fəaliyyət göstərən fast-fud restoranlar şəbəkəsi “McDonald`s” – ın CEO – su vəzifəsində çalışan Jim Skinner, ilk işinə 1971 – ci ildə elə “McDonald`s” şirkətində başladı. Skinner, ABŞ – ın İllinoys əyalətində yerləşən şəhərətrafı ərazilərdən birində fəaliyyət göstərən “McDonald`s” restoranında restoran müdiri vəzifəsində təcrübəçi olaraq çalışdı və iki il sonra Hamburger Universitetindən (McDonald`s şirkətinin İllinoysda təsis etdiyi təhsil ocağı) məzun olaraq CEO olmağa doğru gedən yolda addımlamağa başladı.

2. Walmart International CEO - su Doug McMillon – Yük Boşaldan

2009 – cu ildə Walmart International şirkətinin CEO – su vəzifəsinə təyin edilən Doug McMillonun ilk işi ABŞ – ın Arkanzas əyalətindəki Walmart Paylama Mərkəzində yük maşınlarını boşaltmaq idi.

3. Deloitte şirkətinin keçmiş CEO - su Barry Salzberg – Əmək haqqı məmuru

Audit, vergi, konsaltinq, korporativ risk və korporativ maliyyə xidmətləri təklif edən beynəlxalq “Deloitte” şirkətinin 2007 – 2011 – ci illər ərzində CEO – su olan Barry Salzberg ilk işi olaraq Nyu York Təhsil Şurası üçün əmək haqqı məmuru kimi çalışmışdı.

4. Costco Wholesale Qurucu Ortağı ve keçmiş CEO - su James Sinegal – yorğan-döşək daşıyıcısı

Bir çox ölkədə fəaliyyət göstərən və 2015 – ci ildə “Walmart” – dan sonra dünyanın ən böyük ikinci pərakəndə şirkəti olan ABŞ – ın “Costco Wholesale” şirkətinin qurucu ortağı və keçmiş CEO – su James Sinegal, universitetdə təhsil alarkən əksər tələbə kimi cib xərcliyi qazanmağı düşünürdü. Bu səbəbdən də “Fed-Mart” adlı bir şirkətdə yorğan-döşək daşıyıcısı kimi işə başladı. Lakin, Sinegal bir çox universitet tələbəsinin əksinə öz müvəqqəti işini sevdi. Bu işlə birlikdə pərakəndə sektoruna meyl edən James Sinegal ən sonunda “Costco Wholesale” şirkətini quracağı macərasına beləcə başlamış oldu.

5. Lenovo Qurucusu ve keçmiş CEO - su Liu Chuanzhi – Əkinçi

Ən sərfəli kredit üçün müraciət et

Texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış ilk transmilli kompüter şirkətlərindən biri olan “IBM” – in PC departamentini öz tərkibinə qatan Çinin texnologiya şirkəti “Lenovo” – nun qurucu və keçmiş CEO – su olan Liu Chuanzhi də iş həyatına böyük zəhmətlər çəkərək başlayan iş adamlarından biridir. Chuanzhi 1960 – cı illərin sonunda Mao Tszedunun “Mədəniyyət İnqilabı” əsnasında buğda tarlalarında işlədi.

6. New York Times Company keçmiş CEO - su Janet Robinson – İbtidai sinif müəllimi

2004 – cü ilin dekabr ayından 2011 – ci ilin dekabrına qədər olan müddət ərzində dünyanın aparıcı media orqanlarından biri olan “New York Times” – ın CEO – su Janet Robinson, mətbuat sahəsindəki karyerasına başlamadan öncə ilk iş təcrübəsini ABŞ – ın ən kiçik ştatı olan Rod-Aylenddə yerləşən dövlət məktəbində ibtidai sinif şagirdlərinə dərs deyirdi.

7. Viacom Qurucusu ve İdarə heyətinin fəxri sədri Sumner Redstone – Casus

ABŞ – ın media holdinqi “Viacom” – un qurucusu və idarə heyətinin fəxri sədri olan Sumner Redstone bu siyahıda qeyd edilən CEO – lar içərisində ən maraq doğuran və təhlükəli ilk işə sahib olan şəxsdir. Belə ki, Sumner Redstone İkinci Dünya Müharibəsi zamanı ABŞ hərbi kəşfiyyatında işləyən bir casus idi.

8. Goldman Sachs CEO - su Lloyd Blankfein – Stadionda Pivə Satıcısı

ABŞ – ın investisiya bankı və maliyyə xidmətləri şirkəti olan “Goldman Sachs” – in CEO – su Lloyd Blankfein ilk maaşını Nyu Yorkda yerləşən Yankee Stadionunda futbol azarkeşlərinə pivə sataraq əldə etdi. Bugün isə maliyyə sektorunun “Şeytan İmperiyası” – nı idarə edir və ulduz oyunçulardan dah çox qazanır.

9. Dell Qurucusu ve CEO - su Michael Dell – Qabyuyan

ABŞ – ın informasiya texnologiyaları şirkəti “Dell” – in qurucusu və CEO – su Michael Dell ilk maaşını qazanmaq üçün yerli Çin restoranında qabyuyan işlədi. Üstəlik bu çinlilər sayəsində pul qazandığı son iş deyildi. 2009 – cu ildə “Dell” – in təkcə “PC” (fərdi kompüter) departamenti Çin bazarından 4 milyon dollar gəlir əldə etdi və beləliklə Çin “Dell” PC – ləri üçün ikinci ən böyük bazar oldu.

10. Warner Media keçmiş CEO - su Jeff Bewkes – Araşdırmaçı

Keçmiş adı “Time Warner” olan və dünyanın ən böyük KİV və əyləncə şirkətlərindən biri hesab edilən “Warner Media” – nın keçmiş CEO – su Jess Bewkes müxbir olmaq istəyirdi və “BNC News” üçün araşdırmaçı olaraq karyerasına başladı.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et