1 trilyon dollarla nə edə bilərsiniz? | Banco.az

1 trilyon dollarla nə edə bilərsiniz?

2018 – ci il 2 avqust tarixində səhmlərinin 207.04 dollara qalxması ilə “Apple” şirkəti rəsmi olaraq tarixin 1 trilyon dollarlıq ilk şirkəti oldu. Bu barədə ötən məqalələrimizdən birində yazmışdıq. Bugün isə 1 trilyon dolların əsl mahiyyətini araşdıracağıq.

Həmçinin oxu: Apple REKORD qırdı - Tarixdə 1 trilyon dollarlıq İLK şirkət

İlk öncə qeyd edək ki, bir trilyon düşündüyünüzdən daha böyük bir rəqəmdir.

Siz ola bilsin ki, tarix boyu ayrı-ayrı mərhələlərdə varlı insanların daha da varlanması haqqında məlumatlara xüsusi maraq göstərməmisiniz. Odur ki, biz, trilyon dolları perspektivə çevirən qeyri-adi fakt və göstəriciləri araşdırdıq.  

Bu video bizə bir trilyonun əsl mahiyyəti haqqında ilkin məlumat verir. Məsələn, 1 milyon saniyə yalnızca 12 gündür, 1 milyard saniyə isə 31 ildən çox. Bəs, 1 trilyon saniyə neçə ildir? Bir dəqiqə hesablayaq... 30 000 ildən çox!

Buradan yola çıxaraq başqa bir nümunəyə nəzər salaq. Əgər 1 trilyon dollarlıq əskinasları ard-arda birləşdirsək onun ümumi uzunluğu 156 milyon kilometr olar ki, bu rəqəm də Yür Kürəsindən Günəşə qədər olan məsafədən böyükdür.

Bəs, əgər sizin bank hesabınızda 1 trilyon dollarınız olsaydı, həmin məbləğə nəyi satın ala bilərdiniz?

  • Siz dünyanın ən bahalı təyyarə gəmisi üçün nəzərdə tutulmuş daşıyıcılardan biri olan və 13 milyard dollar dəyərindəki “USS Gerald Ford” – u satın ala bilərsiniz.
  • Əgər daşınmaz əmlakla maraqlanırsınızsa, siz Amerikanın ən bahalı mənzilinin qiymətinə 2000 ədəd ayrı-ayrı mənzil ala bilərsiniz. Qeyd edək ki, Amerikadakı 20 yataq otağına, beş liftə və yeddi üzgüçülük hovuzuna malik bu ən bahalı mənzil 500 milyon dollar dəyərindədir.
  • Ola bilsin ki, siz maşınlarla maraqlanırsınız. “Lamborghini Veneno Roadster” dünyanın ən bahalı avtomobil markalarından hesab edilir və dəyəri 4.5 milyon dollardır. Sizin 1 trilyon dollarınızla bu avtomobil markasından 222,222 ədəd almaq mümkündür.

Bəs, ağıllı telefonlar, planşet və kompüterlər istehsal edən “Apple” şirkəti üçün 1 trilyon dollar dəyərində olmaq nə deməkdir? Bu digər tanınmış brendlərin dəyəri ilə necə müqayisə olunur?

Ən sərfəli kredit üçün müraciət et

  • Bu, S&P 500 şirkətlərindən eyni kateqoriyaya aid 111 şirkətin birləşməsinə bərabərdir. Bu şirkətlər arasında tanınmış brendlər – “Under Armour” ($8.2 milyard), “News Corp” ($9.9 milyard) və “Akamai Technologies” ($12.2 milyard) də var.
  • Dünyanın aparıcı avtomobil istehsalçıları – “Toyota”, “BMW” və “GM” ($964 milyard) kimi şirkətlərin cəmi dəyərindən çoxdur.
  • Aralarında “Disney” və “Netflix” ($ 848 milyard) kimi media nəhənglərinin də olduğu Amerikanın bütün media sənayesinin dəyərindən yüksəkdir.
  • Dünyanın demək olar ki, bütün havaçılıq şirkətləri, məsələn “Delta Airlines”, “Boeing” və “Lockheed Martin” ($1.097 trilyon) kimi şirkətlərin cəmi dəyərinə yaxındır.
  • Amerikanın ən böyük banklarının – “JPMorgan Chase”, “Bank of America”, “Wells Fargo” və “Citigroup” ($1.168 trilyon) cəmi dəyərinə yaxındır.

Bu müqayisəni ölkələri əsas götürərək etdikdə isə görürük ki, “Apple” şirkətinin 1 trilyon dollarlıq dəyəri Amerikanin ümumi daxili məhsul həcmindən 5% artıqdır, Türkiyə, Səudiyyə Ərəbistanı və İsveç kimi bir neçə ölkənin bütün iqtisadiyyatın dəyərindən çoxdur.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et