1 dəqiqədə internetdə nə baş verir? | Banco.az

1 dəqiqədə internetdə nə baş verir?

Hər birimiz gündə 1440 dəqiqənin şahidi oluruq. Kimi bu zamanın çoxunu yuxuda olarkən, kimi isə daha çox internetdə sərf edir. Hər dəqiqənin dəyərini bilməməyimizə baxmayaraq, söhbət “internetin dəqiqəsinə” gəlincə, əksəriyyətimiz daha çox “60 saniyələr”lə qarşılaşırıq.

Ölkəmizdə 8 milyondan çox istifadəçi sayının olmasını nəzərə alaraq, internet istifadəçilərinin ən çox vaxtlarını nəyə sərf etdiklərini bilmək maraqlıdır. Tim Berners-Lee tərəfindən həyatımıza daxil olan internet, istifadə etdiyimiz hər cür cihaza inteqrasiya olunur. 

 

1 dəqiqə ərzində 3,7 milyon “Google” axtarışı həyata keçirilir

“İnternet zamanı”na gəldikdə, ağla gələn ilk fəaliyyət şübhəsiz ki, “Google” axtarışlarıdır. “Google” 60 saniyədə orta hesabla 3,7 milyon axtarış aparır.

Ən sərfəli kredit üçün müraciət et

 

Sosial mediada rəqabət!

“Google” axtarışlarından sonra təbii ki, internet istifadəçilərinin zamanlarını daha çox ayırdığı yer sosial mediadır. İnternetdə 60 saniyə içərisində tam 38 milyon “WhatsApp” mesajı göndərilir.

“Facebook”, “Twitter” “Instagram” statistikalarına görə: 60 saniyədə 973 min “Facebook” hesabı açılarkən, eyni vaxt ərzində 481 min “tweet”, 174 min “Instagram” şəkilləri paylaşılır.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et