Xidmət və keyfiyyətin idarə olunması şöbəsinə baş mütəxəssis
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
- Şöbəyə daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlərin aparılması;
- Şöbə fəaliyyətinə dair görülmüş işlər barədə hesabatların hazırlanması;
- Əməkdaşların işinə nəzarət etmək qiymətləndirmək və satışını efefktiv olması üçün onları motivasiya etmək;
- Filialdaxili xidmət keyfiyyətinə nəzarət və bu istiqamətdə problem yarandıqda işlərin aparılması;
- Əməkdaşlar arasında daxili davranış qaydalarına və müştəri xidmət standartlarına uyğun davranmaqla bu halların araşdırılması və lazımı tədbirlərin görülməsi ilə bağlı təkliflərin hazırlanması;
- Əməkdaşların təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə təkliflərin hazırlanması;
- Yeni əməkdaşların hazırlanması üzrə tədbirlər planının hazırlanması və ona nəzarət;
- Bankdaxili imtahan suallarının hazırlanması;
- Filialların əməkdaşları tərəfindən daxil olan təkliflərin qeydə alınması və araşdırılması.
Davranış səriştələri:
- Komandada işləmək bacarığı;
- Analitik zəka, problemləri həll etmə bacarığı;
- Vaxtı idarə etmək qabiliyyəti.
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsilli;
- Bankda əməliyyat və ya satış sahəsi üzrə ən azı 1-3 illik stajı olan namizədlərə üstünlük verilir;
- Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dilini bilmək arzuolunandır);
- Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq.
Bu iş sizə nələri qazandıracaq:
- Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
- İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 oktyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Xidmət və keyfiyyətin idarə olunması şöbəsinə baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.