Web Master | Banco.az
ABB

Web Master

Vakansiya haqqında məlumat: 

Azərbaycan Beynəlxalq Bankı Strategiya və Marketinq Departamentinə Web Master vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankın korporativ saytının yenilənməsi, yeni funksiyaların əlavə edilməsi, mütəmadi olaraq texniki baxışın keçirilməsi; 
 Departamentə aid xüsusi məlumat bazalarının yaradılması;
 Yeni intranetin yaradılması, intranetdə yeni funksiyaların əlavə edilməsi, yenilənməsi, yeni web saytların hazırlanması;

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Azərbaycan və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığı (ingilis dili biliyi namizəd üçün əlavə üstünlük sayılır). 
 Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

Texniki biliklər:

 ORACLE
 PHP
 MySQL
 MSSQL
 Jquery
 Java Script
 Html/CSS
 Adobe Flash, ActionScript 2.0
 Pascal/Delphi
 Linux
 Windows OS
 Photoshop

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini   15 iyul 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Web Master” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et