“PAŞA Sığorta” ASC namizədləri Vergi üzrə Mühasib vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Şirkətin vergi risklərinin qarşısının alınması və müvafiq tədbirlərin görülməsi;
• Şirkətin vergi uçotunun aparılması;
• Vergilərin və digər məcburi ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;
• Vergi və digər dövlət orqanlarına hesabatların vaxtında təqdim edilməsini təmin etmək;
• Keçiriləcək vergi yoxlamaları zamanı vergi müfəttişlərinin sorğularını cavablandırmaq;
• Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək.
Bilik və bacarıqlar:
• Maliyyə istiqamətində ali təhsil;
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl bilikllər;
• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• MS Office ilə qabaqcıl istifadə bacarıqları;
• Azərbaycan dilində sərbəst danışıq və yazma bacarığı
• Audit (Big four) şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük verilir.
Son müraciət tarixi: 06 Fevral, 2017.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.