Uyğunluq (PL/TMM) şöbəsinin rəisi | Banco.az
AFB Bank

Uyğunluq (PL/TMM) şöbəsinin rəisi

Vakansiya haqqında məlumat: 

RİSKLƏRİN İDARƏ EDİLMƏSİ DEPARTAMENTİ

 

Vəzifə: Uyğunluq (PL/TMM) şöbəsinin rəisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) 
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlıküç. 112 (Mərkəzi ofis) 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil;
  • PL/TMM ilə mübarizə sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Dərin analitik bacarıqlar, böyük baza ilə işləmək qabiliyyəti;
  • Bank qanunvericiliyi, PL/TMM üzrə milli qanunvericilik, beynəlxalq standartlar və tələblər sahəsində dərin bilik,;
  • Bank fəaliyyəti və risklərin idarə edilməsi sahəsində bilik;
  • Yüksək səviyyədə Azərbaycanvə İngilis dili bilikləri;
  • Güclü MS Office – Excel bilikləri, xml formatında hesabatların tərtibi bacarığı;
  • Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

  • PL/TMMqarşısının alınması üzrə daxili nəzarət proqramlarının tətbiq edilməsi; 
  • Bankın departament və filiallarında çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq üçün daxili nəzarət üzrə monitorinqin həyata keçirilməsi;
  • Bankın və nəzarət tənzimləyici orqanlarının tələblərinə əsasən hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;
  • Əməliyyat və iştirakçıların yoxlanılması, şübhəli əməliyyatların müəyyən edilməsi və gələcəkdə bu növ əməliyyatların qarşısının alınması daxil olmaqla PL/TMM qarşısının alınması üzrə department və filialların işinin təşkili və nəzarət etmək;
  • Bankın şöbələri və filiallarından alınan şübhəli və qeyri-adi əməliyyatlar barədə məlumatların araşdırılması və təhlilin həyata keçirilməsi;
  • Bank əməkdaşlarına PL/TMM daxili nəzarət həyata keçirilməsi üzrə təlimlərin keçirilməsi və əməkdaşların dövrü bilik səviyyəsininqiymətləndirilməsi;

 Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Uyğunluq şöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Müraciət üçün son tarix – 20 oktyabr 2017-ci il.

 

Ən sərfəli krediti almaq üçün müraciət et