Maliyyə bazarlarına nəzarət departamentinin Ticarət əməliyyatlarına nəzarət idarəsinin böyük analitiki
Namizədə olan tələblər:
• Tam ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu ixtisasları üzrə )
• Analoji sahə üzrə ən azı 3-5 il iş təcrübəsi;
• Səlis Azərbaycan və ingilis dili bilikləri;
• Maliyyə bazarları, onların işləmə prinsipləri, investisiya qiymətli kağızları və törəmə maliyyə alətləri üzrə biliklər;
• Maliyyə hesabatlarının təhlili və risklərin idarəolunması sahəsində biliklər;
• Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə yüksək biliklər, xüsusilə bazarda sui-istifadələr barədə məlumatlılıq;
• Qiymətli kağızlar sahəsində beynəlxalq qanunvericilik üzrə biliklər (Mifid, MAD, Transparancy Directive, Bazel prinsipləri və s.)
• Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində biliklər;
• Yüksək ünsiyyət və təqdimat vərdişləri:
• Analitik düşünmə, problem həll etmə və intensiv rejimdə işləmə bacarıqları;
• İT resursları və ofis proqramları üzrə yüksək biliklər.
• CFA və FRM üzrə beynəlxalq sertifikata sahib olan namizədlərə və Statistik təhlil və proqramlaşdırma (VBA, SQL, MATLAB, Python ) üzrə bilikləri olan namizdlərə üstünlük verilir;
İşin təsviri:
• Ticarət əməliyyatlarına nəzarət üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanması üzrə təkliflər verir;
• İdarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə departamentin strateji və əməliyyat planlarının hazırlanmasına dəstək verir;
• Qiymətli kağızlar və digər maliyyə alətlərinin ticarətinə proaktiv və retrospektiv nəzarəti həyəta keçirir, analitik təhlillər aparır, təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
• İnvestisiya şirkəti, fond birjası və depozitar tərəfindən təqdim edilən hesabatları təhlil edir;
• Qiymətli kağızlar bazarında sui-istifadələrə, o cümlədən qiymətlərlə manipulyasiyalara yol verilməməsi və insayd məlumatdan istifadə edilməklə əqdlərin bağlanmaması məqsədi ilə müvafiq tədbirlər görür;
• Emitentlərin vahid məlumat resursunda qeydiyyatını həyata keçirir;
• Emitentlər tərəfindən vahid məlumat resursunda yerləşdirilmiş məlumatların yoxlanılmasını və açıqlanmasını həyata keçirir;
Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini [email protected] elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.