Tibbi yardımın təşkili şöbəsinin Mütəxəssisi | Banco.az

Tibbi yardımın təşkili şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Tibbi yardımın təşkili şöbəsinin Mütəxəssisi

Namizədə tələblər

• Yaş: 23-35 
• Cinsi: fərq etməz
• Təhsil: Ali, tibb təhsili mütləqdir (təhsil alan tələbələr və rezidenturada işləyən namizədlər də müraciət edə bilər
• İş təcrübəsi: vacib deyil 
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla) mütləqdir

Əsas vəzifə öhdəlikləri

• Daxil olan zənglərin cavablandırılması
• Sığortalı müştərilərə telefonla konsultasiyanın verilməsi
• Sığortalı müştərilər üçün tibbi yardımın təşkili
• Tibbi və sığorta sənədləşdirilməsinin aparılması

İş şərtləri

• İş vaxtı: qrafiklə 
• Səhər növbəsi operatoru, həftə ərzində 5 iş günü – netto əmək haqqı 550 AZN
• Gecə növbəsi operatoru, ay ərzində 8 - 10 iş günü – netto əmək haqqı 250 AZN

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
• Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin
• Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər. 

Şirkət: 
Ateshgah Sigorta

Ən sərfəli krediti almaq üçün müraciət et