Təminat və satınalmalar sektorunun müdiri | Banco.az

Təminat və satınalmalar sektorunun müdiri

Vakansiya haqqında məlumat: 

1. Palatada satınalmalar üzrə işi təşkil edir

2. Təminat və satınalmalar üzrə bazarı təhlil edir, potensial iddiaçıları araşdırır;

3. İddiaçılardan gələn təklifləri araşdırır və təhlil edir;

4. Bağlanmış satınalma müqavilələrinin şərtlərinə əməl olunmasına nəzarət edir;

5. Palatanın struktur bölmələrinin fəaliyyətinə lazım olan  maddi ehtiyatların, hesablama texnikası və onların ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının təchizatına nəzarət edir;

Tələblər:

1. Ali təhsil(iqtisadi/maliyyə/beynəlxalq münasibətlər)

2. Analoji sahə üzrə 3 illik iş təcrübəsi; idarəetmə təcrübəsi;

3. Protokol işi sahəsində biliklər;

4. İqtisadi təhsil və makroiqtisadiyyat sahəsində biliklər;

5. Beynəlxalq və yerli səviyyədə yazışmaların aparılması bacarığı;

6. İntensiv rejimdə və komandada işləmək bacarığı;

7. Təqdimat və ünsiyyət bacarığı;

8. Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili və ya başqa bir xarici dil (rus və s.);

9. İT resursları və ofis proqramları ilə işləmək bacarığı. 

 

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E – mail :  [email protected]

Şirkət: 
Maliyyə Bazarlarına Nəzarət Palatası

Ən sərfəli krediti almaq üçün müraciət et