Təkrarsığorta və anderaytinq şöbəsinin mütəxəssisi | Banco.az

Təkrarsığorta və anderaytinq şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Vəzifə: Təkrarsığorta və anderaytinq şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
İş yeri: Bakı
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

Namizədə dair tələblər:

• Ali təhsil (İqtisadiyyat yönümlü ali təhsilə üstünlük verilir);
• Təkrarsığorta və ya anderraytinq sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq;
• Dil bilikləri - Azərbaycan, Rus və ingilis dillərinin mükəmməl səviyyədə olması;
• Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi üzrə yüksək biliyə malik olmaq;
• Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, komandada işləmək bacarığı və məsuliyyətlilik.

Vəzifə öhdəlikləri:

• Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması;
• Sığorta şərtlərini müəyyən etmək;
• Sığorta və təkrarsığorta müqavilələrinin hazırlanması;
• Şirkət daxildən şöbəyə göndərilən riskləri qiymətləndirmək
• Müvafiq sığorta məhsulları üzrə sığorta şərtlərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyəti həyata keçirmək;
• Gündəlik və aylıq hesabatları düzgün aparmaq, rəhbərliyə təqdim etmək;
• Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Təkrarsığorta və anderaytinq şöbəsinin mütəxəssisi) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Şirkət: 
Xalq Sigorta

Ən sərfəli krediti almaq üçün müraciət et