Təhlil və dəstək şöbəsinə mütəxəssis və ya aparıcı mütəxəssis
“ABB” ASC Filiallarla iş departamenti Təhlil və dəstək şöbəsinə mütəxəssis və ya aparıcı mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
- MXS-lər üzrə hədəf planların icrası prosesinin təhlili;
- Analitik hesabatların hazırlanması;
- MXS-lərin satış hədəfləri, hesablanmış motivasiya və s müraciətlərin cavablandırılması;
- MXS-in tələb olunan meyar üzrə effektivliyinin hesablanması;
- Analitik təhlil nəticəsində formalaşan məlumatın hesabat formasına salınması
Vakant vəzifə üzrə tələblər:
- Alitəhsil(riyazi və ya iqtisadi);
- Minimum 1 ilbank sektorunda-maliyyə-hesabatlıq, filialda (əməliyyat, kredit və ya nəzarət) iş təcrübəsi;
- Ofis proqramlarında, xüsusi ilə yüksək excel bilikləri, VBA Excel Macros yazmaq bacarığı;
- Azərbaycan dili və Rus dili yüksək səviyyədə, İngilis dili (üstünlükdür);
Davranış səriştələri:
- Ünsiyyət bacarığı;
- Detallara diqqət;
- Analitik təhlil;
- Komandada işləmək bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
- Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 İyul 2019-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Filiallarla iş departamenti Təhlil və dəstək şöbəsinə mütəxəssis və ya aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az