Təhlil və dəstək şöbəsinə baş mütəxəssis | Banco.az
ABB

Təhlil və dəstək şöbəsinə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Vəzifə öhdəlikləri:

  • Filial şəbəkəsinin optimallaşdırılması və inkişafı üzrə layihələrin hazırlanması, təsdiq olunmuş layihələrin icrasına nəzarət edilməsi;
  • Filialların fəaliyyətini araşdırmaq hədəflərin müəyyən olunması;
  • Filialların satış və xidmət üçün uyğun ərazidə yerləşməsinin təmin edilməsi;
  • Digər departamentlər tərəfindən həyata keçirilən və filialların işinin səmərəliliyini artırmaq yönümlü layihələrdə iştirak etmək;
  • Filiallar üçün müqayisəli hesabatlar hazırlamaq;
  • Şöbə fəaliyyətinə dair görülmüş işlər barədə hesabatların hazırlanması;
  • Filial şəbəkəsinin effektivliyinin izlənməsi;
  • Filialların əməkdaşları tərəfindən daxil olan təkliflərin qeydə alınması və araşdırılması;

Davranış səriştələri:

  • Komandada işləmək bacarığı; 
  • Analitik zəka, problemləri həll etmə bacarığı;
  • Vaxtı idarə etmək qabiliyyəti.

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsilli;
  • Bankda müvafiq sahə üzrə ən azı 1-3 illik stajı olan namizədlərə üstünlük verilir; 
  • Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dilini bilmək arzuolunandır); 
  • Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq.

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  16 oktyabr  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təhlil və dəstək şöbəsinə baş mütəxəssis şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.