Qida sektorunda uzun müddətdir ki, fəaliyyət göstərən, 7500-dən çox işçi sayına sahib olan iri miqyaslı şirkətlərdən biri Təftiş üzrə Mütəxəssis vakansiyasını elan edir.
İşin təsviri:
- Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamaların aparılması;
- Aşkar edilmiş çatışmazlıqların aktlaşdırılması və mövcud çatışmazlıqların həlli istiqamətində addımların atılması;
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə mütəmadi hesabatların təqdim olunması;
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrası.
Namizədə qarşı tələblər:
- İqtisadiyyat yönümlü Ali təhsil;
- Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə);
- Komandada işləmə bacarığı;
- Yüksək təhlil qabiliyyəti;
- Ölkə daxilində ezamiyyətlərə hazır olmalı.
- Sürücülük vəsiqəsi olmalı.
Maraqlanan şəxslərdən CV-lərini [email protected] ünvanına Mövzu yerində “Təftiş üzrə Mütəxəssis” qeyd etmək şərtilə göndərməkləri xahiş olunur.