SQL proqramçı | Banco.az
AccessBank

SQL proqramçı

Vakansiya haqqında məlumat: 

SQL  proqramçı

Əsas funksiyaları:

·         MS SQL Server ilə iş

·         T-SQL sorğularının təkmilləşdirilməsi və optimallaşdırılması

·         İdarəetmə və analitik hesabatların işlənib hazırlanması

·         SSRS, SQL, Excel, Access əsasında hesabatların hazırlanması

Namizədlərə qarşı irəli sürülən tələblər:

·      Ali təhsil (kompüter texnologiyaları sahəsində təhsilə üstünlük verilir).

·     Ən azı 3 il müddətində məlumatlar bazası ilə iş təcrübəsi (MSSQL SERVER)

·     Dərin T-SQL bilikləri, mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq bacarığı

·     MS SQL Reporting Services və MS Excel biliyi

·     Texniki sənədlər tərtib etmək təcrübəsi

·     Ünsiyyətcillik, təfsilatlara qarşı diqqətcillik, öz fikirlərini texniki və qeyri-texniki adresatlara çatdırmaq bacarığı, analitik təfəkkür, nəticələrə yönümlülük, komandada işləmək bacarığı

·     Maliyyə sahəsində iş təcrübəsi (üstünlük verilir)

·      Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini texniki sənədlərin oxunması səviyyəsində bilmək

Maraqlanan şəxslər 18 dekabr 2015-ci il tarixinə qədər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et