Şöbə Müdiri (Hüquq departamenti, Korporativ hüquq şöbəsi) | Banco.az

Şöbə Müdiri (Hüquq departamenti, Korporativ hüquq şöbəsi)

Vakansiya haqqında məlumat: 

Struktur bölmə: Hüquq departamenti, Korporativ hüquq şöbəsi

Vəzifə: Şöbə Müdiri

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi): 09:00-18:00

Son müraciət tarixi:  22 oktyabr 2017-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Cəmiyyətin adından bağlanılan müqavilələrə (sığorta müqavilələri istisna olmaqla) və ona aid digər sənədlərə hüquqi rəy vermək;
2. Cəmiyyətin adından hüquqi və fiziki şəxslərlə bağlanılan müqavilələr (sığorta müqavilələri istisna olmaqla) və ona aid digər sənədlərın hazırlanmasını təmin etmək; 
3. Cəmiyyətin adından bağlanılan müqavilələr (sığorta müqavilələri istisna olmaqla) və ona aid digər sənədlərın reyestrinin aparılması, saxlanması işini təşkil etmək;
4. Cəmiyyətin adından bağlanmış və müddəti başa çatmış müqavilələrin qeydiyyatının aparılması işinin təşkil edilməsi; 
5. Sığorta hadisələrinin tənzimlənməsi  və ya digər məsələlərlə əlaqədar daxil olmuş ərizə və şikayətlərə qanunla müəyyən olunmuş qaydada və müddətdə baxmaq, müraciətdə qeyd olunan hallar üzrə əsaslandırılmış cavabların hazırlanmasını təmin etmək;
6. Cəmiyyətin hüquqların və qanuni mənafelərinin məhkəmələrdə müdafiə edilməsi ilə əlaqədar işləri təşkil etmək, bununla bağlı bütün sənədləşdirmə işlərinin aparılmasını təmin etmək;
7. Məhkəmələrdə və digər dövlət orqanlarında şirkəti təmsil etmək üçün etibarnamələr hazırlamaq;
8. Məhkəmə qərarlarının icra olunması üçün aidiyyəti sturktur bölmələri məlumatlandırmaq; 
9. Cəmiyyətin struktur bölmələrinə hüquqi yardım göstərilməsini təmin etmək;
10. Şöbəyə aid əsas funksiyaların və tapşırıqların lazımınca və vaxtında yerinə yetirilməsi üçün əməkdaşların fəaliyyətini tənzimləmək, onları vaxtaşırı olaraq təlimatlandırmaq;
11. Şöbə üzrəinə qoyulmuş hədəflərin əladə edilməsi üçün tədbirlər görmək;
12. Şöbə əməkdaşları tərəfindən əmək intizamına riayət olunmasını təmin etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası : Ali hüquq təhsili.
Dil bilikləri : Azərbaycan, İngilis və Rus dillərini yüksək səviyyədə bilməlidir.
Kompüter bilikləri : MS Office.
Üstünlüklər : Sığorta və ya digər maliyyə sahəsində iş təcrübəsi olanlara üstünlük verilir.
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlmatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı, liderlik və tabeçiliyindəki işçilərin motivasiyası, koordinasiya etmə/təşkilatçılıq, səlahiyyətləri bölüşmə bacarığı, işin planlaşdırması və istiqamətləndirməsi, qərar vermə bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası:

CV-lər “Korporativ hüquq” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkət: 
PASHA Life