Sığorta bazarına nəzarət sahəsi üzrə böyük mütəxəssis (auditor) | Banco.az

Sığorta bazarına nəzarət sahəsi üzrə böyük mütəxəssis (auditor)

Vakansiya haqqında məlumat: 

Namizədə dair tələblər:

- Ali təhsil (İqtisadiyyat, audit, mühasibat uçotu və aktuari hesablamaları üzrə);

- Analoji sahə üzrə 3 il iş təcrübəsi (beynəxalq audit şirkətlərində iş təcrübəsinə üstünlük verilir);

- 1C proqram təminatı ilə iş təcrübəsi olanlara üstünlük verilir;

- Vergi qanunvericiliyi üzrə biliklər

- Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə biliklər

- Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;

- Səlis Azərbaycan və ingilis dili bilikləri;

- İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;

- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

- Yeni nəzəri və praktiki bilikləri mənimsəmək qabiliyyəti;

- Sığorta Sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;

- İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

- Sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri üzrə yoxlamaların təşkili;

- Yoxlamaların nəticələrinə dair hesabatların, aktların və audit nəticələrinin hazırlanması;

- İş zərurəti ilə əlaqədar xidməti ezamiyyətə göndərilmə.

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E – mail :  [email protected]

Şirkət: 
Maliyyə Bazarlarına Nəzarət Palatası

Ən sərfəli krediti almaq üçün müraciət et