Satış kanalları üzrə assistent | Banco.az

Satış kanalları üzrə assistent

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Sığorta” ASC namizədləri Satış kanalları üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
 

Vəzifə və Öhdəliklər:

- Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;

- Şirkətə müraciət edən müştərilərə mövcud QSWI-31 Telefon Mərkəzi və Ön Masa işçilərinin ünsiyyət bacarığı üzrə təlimatda nəzərdə tutulmuş standartlara (Salamlama, dinləmə qabiliyyəti,cavablama tərzi və s.) riayət edərək yüksək keyfiyyətli xidmət göstərilməsi;

- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi;

- Zərurət yarandığı halda sığorta obyektlərinə baxışı həyata keçirilməsi;

- Fərdi və bank müştərilərinə xidmət edir, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması;

- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edir və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi;

- Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi;

- Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə digər işlərin həyata keçirilməsi.
 

Bilik və bacarıqlar:

- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.

- Əmlak satışı istiqamətində çalışan namizədlərə üstünlük verilir.

- Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;

- Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir.

- Satış sahəsi üzrə təcrübəsi olan namizədlər (xüsüsən sığorta sahəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir)
 

Son müraciət tarixi: 30 iyun, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Şirkət: 
PAŞA Sığorta

Ən sərfəli krediti almaq üçün müraciət et