Satış departamentinin aparıcı mütəxəssisi/ mütəxəssisi/ kiçik mütəxəssisi | Banco.az
Yelo Bank

Satış departamentinin aparıcı mütəxəssisi/ mütəxəssisi/ kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Pərakəndə biznes məhsulların satışı departamentinin Partnor şəbəkəsinin inkişafı şöbəsinin aparıcı mütəxəssisi/mütəxəssisi/ kiçik mütəxəssisi

Öhdəliklər:

·         Pərakəndə bank məhsullarının satışını həyata keçirmək üçün yeni partnyorların cəlb olunması;

·         Partnyorlar ilə danışıqlar aparmaq, onları əməkdaşlıq etməyə dəvət etmək və müştəri bazasını artırmaqdır

·         Potensial partnyor müəssisələrin rəhbərləri və əməkdaşları ilə görüş, təqdimatlar keçirmək

·         Partnyorların istəyinə əsasən təkliflər hazırlamaq;

·         Yeni cəlb olunmuş partnyorlara terminalların yerləşdirilməsi üzrə təklif vermək;

·         Pos ekvayrinq xidmətinin təşkilini həyata keçirmək üçün Partnyor müəssisə və sahibkarların cəlb olunması

·         Məhsulu partnyorların satış nöqtəllərində tanıtmaq, təlabat yaratmaq və satışını təşkil etmək;

·         Məhsul üzrə prezentasiyaların hazırlanmaq və keçirtmək 

·         Cəlb etdiyi partnyorlar ilə sıx və yüksək səviyyəli münasibətlər qurmaq və partnyorun məmnuniyyətini təmin etmək;

·         Cəlb etdiyi partnyorların uçotunu aparmaq.

·         Mövcud partnyorlar ilə əlaqələrin genişləndirilməsi 

·         Məhsullarının təyinatını və xüsusiyyətlərini potensial partnyorlara çatdırmaq. 

·         Partnyor şəbəkəsində yaranan problemlərin aradan qaldırılmaq;

·         Rəhbərliyin təyin etdiyi satış hədəflərini yerinə yetirmək 

Tələblər:

·         Ali Təhsil bakalavr və ya magistr dərəcəsi;

·         Azərbaycan dili və Rus dili əla , İngilis dilinin yaxşı səviyyədə olması arzuolunandır;

·         MS Office məhsulları üzrə bilik;

·         Satış taktikalarına bələd olmaq,yaradıcı və operativlilik;

·         Təzyiqə davamlı;

·         Yüksək etibarlı,təmkinli,etik

·         20-32 yaş arası

·         Bu sahə üzrə minimum 1 il iş təcrübəsi (aparıcı/baş mütəxəssis olduğu halda)

 
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et