Riteyl Qeyri-kredit Məhsul Meneceri | Banco.az
Rabitəbank

Riteyl Qeyri-kredit Məhsul Meneceri

Vakansiya haqqında məlumat: 

 

Rabitəbank ASC-nin Qeyri-kredit Satış Departamentinə Riteyl Qeyri-kredit Məhsul Meneceri vəzifəsinə işə qəbul elan edilir!

Vəzifə öhdəlikləri:

  • Riteyl Qeyri-kredit Məhsulları üzrə kampaniyaların təşkili və həyata keçirilməsinə təkliflər vermək və nəzarət etmək;
  • Riteyl Qeyri-kredit Məhsullarının təkmilləşdirilməsi üçün bazar və bankdaxili araşdırmalarını həyata keçirmək;
  • Riteyl Qeyri-kredit Məhsulları üzrə planın yerinə yetirilməsinə nəzarət etmək və tədbirlər görmək;
  • Riteyl Qeyri-kredit Məhsulları üzrə müştərilərə xidmətin təkmilləşdirilməsi və satış effektivliyin artırılması üçün tədbirlər həyata keçirmək;
  • Riteyl Qeyri-kredit Məhsulları və müştəri xidməti üzrə təlimlər təşkil etmək;
  • Yeni Riteyl Qeyri-kredit Məhsullarının yaradılmasında iştirak etmək;
  • Riteyl Qeyri-kredit Məhsulları üzrə yeniliklər barədə filialları məlumatlandırmaq;
  • Riteyl Qeyri-kredit Məhsulları üzrə hesabatların hazırlanması;
  • Əməliyyat sahəsində çalışan əməkdaşların bilik səviyyəsinin yoxlanılması və artırılması üçün tədbirlər həyata keçirmək;
  • Əməliyyat sahəsində yeni işçilərin işə götürülməsində iştirak etmək və rotasiyasını təşkil etmək və Əməliyyat bölməsinə verilən planın hazırlanmasında iştirak etmək;
  • Ehtiyac yarandıqda Əməliyyat bölməsi üçün satış texnikası mövzuları üzrə təlimlərin keçirilməsinə İnsan Resursları Departamenti ilə birlikdə nəzarət etmək;

 Vəzifəyə olan tələblər: 

  • Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu olunandır);
  • Bankda riteyl satışlarda ən azı 3 il iş təcrübəsi;
  • Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;
  • Satış texnikasına dair effektiv bilik və təcrübəyə malik olmaq;
  • Azərbaycan dilini mükəmməl bilmək, ingilis dilini bilən şəxslərə üstünlük verilir;
  • MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
  • Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
  • İdarəetmə qabiliyyətinə malik olmaq;
  • Gərgin iş şəraitində işləmək bacarığına malik olmaq;
  • Liderlik qabiliyyətinə malik olmaq;
  • Analitik düşünmə qabiliyyətinə malik olmaq.

 Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa CV-lərinizi mailın mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını göstərməklə [email protected]mail ünvanına göndərməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yalnız ilkin incələmədən keçmiş namizədlər müsahibələrə dəvət alacaqlar.