Risklərin idarəolunması üzrə baş mütəxəssis | Banco.az

Risklərin idarəolunması üzrə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Sığorta” ASC namizədləri “Risklərin idarəolunması üzrə baş mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Şirkətin fəaliyyətinin risk limitlərinə uyğunluğunun təhlilini aparır və yayınmalar barədə məlumat verir;

- Daxili qaydalara əsasən risklərin dəyərləndirilməsi və cavab strategiyasının seçilməsi prosesini icra edir;

- Mövcud nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi üçün periodik təhlillər aparır, aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərlə çıxış edir;

- İnsidentlərin və dəyişiklik sorğularının idarəolunması prosesinə nəzarəti həyata keçirir;

- Müstəqil araşdırmalar aparır və nəticələri ilə bağlı hesabatlar hazırlayır;

- İstiqaməti üzrə daxili qayda və prosedurları formalaşdırır və yeniləyir;

- İstiqaməti üzrə daxili təlimlərin keçirilməsində iştirak edir.

 

Bilik və bacarıqlar:

- Biznesin idarəolunması, iqtisadiyyat, mühasibatlıq, maliyyə, riyaziyyat istiqaməti üzrə ali təhsil;

- 3 il risklərin idarəolunması, audit, daxili nəzarət sahəsində iş təcrübəsi;

- MS Excel, Visio üzrə peşəkar səviyyədə biliklər;

- Azərbaycan və ingilis dillərinin sərbəst istifadə etmək bacarığı, rus dilinin işlək səviyyədə olması;

- CIA və ya ARM imtahanlarında uğurlu nəticə göstərmiş namizədlərə üstünlük verilir;

- Güclü analitik təfəkkür;

- Danışıqların aparılması/ünsiyyət qurma bacarığı;

- Problemlərin effektiv həll edilməsi bacarığı;

- Stressə davamlılıq.

 

Son müraciət tarixi: 30 iyun, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Şirkət: 
PAŞA Sığorta

Ən sərfəli krediti almaq üçün müraciət et