Rəqəmsal Marketinq Mütəxəssisi | Banco.az
Bank of Baku

Rəqəmsal Marketinq Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank haqqında

Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir.

Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabaqcıl bank təcrübəsinin ölkədə yayılmasında “pioner” rolunu oynayıb. Məhz “Bank of Baku” hissə-hissə ödənişli kredit kartlarını ölkədə ilk dəfə kütləvi dövriyyəyə buraxdı, istehlak kreditlərinin rəsmiləşdirmə şərtlərini xeyli sadələşdirdi, daimi müştərilər üçün imtiyazlar klubu təsis etdi və s.

Cəmiyyət qarşısında öz məsuliyyətini dərk edən “Bank of Baku” çoxsaylı sosial layihələr həyata keçirir. Təhsil sahəsində əməkdaşlığa, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanlar üçün müxtəlif layihələrin həyata keçirilməsinə prioritet diqqət yetirilir. Bankımız haqda daha ətraflı məlumatı http://www.bankofbaku.com/ saytından əldə edə bilərsiniz.

Vəzifə: Rəqəmsal Marketinq Mütəxəssisi

Əsas vəzifə və öhdəliklər

 Bankın sosial şəbələrdəki səhifələrinin idarəedilməsini təmin etmək;
 Bankın korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanması və ümumi nəzarətin təşkili;
 Müxtəlif onlayn kanallar vasitəsilə Bankın reklam fəaliyyətini həyata keçirmək;
 Bankın rəqəmsal platformada aktivliyinin təmin edilməsi.

Seçim meyarları

 Ali təhsil (biznes istiqamətli);
 Rəqəmsal marketinq üzrə 1 il və daha artıq iş təcrübəsi (maliyyə sektorunda təcrübə arzuolunandır);
 Analitik düşünmə qabiliyyəti;
 Yüksək ünsiyyətqurma və yazı bacarığı;
 Əla Azərbaycan dili, rus dili və orta səviyyədə ingilis dili bacarığı;
 Yaradıcı və qeyri-standart düşüncə tərzi, stressə davamlılıq

İş şərtləri

 İş yeri: Bank of Baku Baş Ofis
 İş vaxtı: 5 iş günü, 09:00-18:00

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində Rəqəmsal Marketinq sözünü qeyd etməyi unutmayın. Əks halda namizədləyiniz bu vəzifə üzrə dəyərləndirilməyəcəkdir.

Yalnız ilkin seçimdən keçmiş şəxslərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et