Regional Kredit supervayzeri | Banco.az
Rabitəbank

Regional Kredit supervayzeri

Vakansiya haqqında məlumat: 

Regional  Kredit supervayzeri

Əsas vəzifələr:

  • Kurasiyasında olan bölgələrdə maliyyə bazarının araşdırılması, məhsulların və satış prosesinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi
  • Kurasiyasında olan filiallar tərəfindən kreditləşdirilən iri layihələrin təhlilində birbaşa iştirak edilməsi
  • Kurasiyasında olan filialların Biznes kreditləri üzrə müəyyən edilmiş büdcə hədəflərinə çatması üçün lazım olan dəstək və məsləhətlərin verilməsi
  • Kurasiyasında olan filialların biznes kredit portfelinin keyfiyyətinə daimi nəzarət edilməsi
  • Müştərinin ödəniş qabiliyyətinin təhlil edilməsi (müəyyən hallarda)
  • Ehtiyac olduqda, müştərilərlə şəxsən görüşməsi və onların fəaliyyət göstərdiyi yerlərə səfərlər edilməsi
  • Kurasiyasında olan filialların kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərin aşılanması məqsədilə  müvafiq təlim proqramlarının təşkili və həyata keçirilməsi
  • Keçirilən təlimlərin işçilərin gündəlik işi ilə əlaqələndirilməsinə nəzarət etmək;
  • Filiallar tərəfindən təqdim olunmuş  hesabatların təhlili və həmin hesabatların nəticəsinə əsasən müvafiq planların hazırlanması    
  • Filialların kredit komitələrində iştirak edilməsi

Namizədə olan tələblər:

  • Ali təhsilin olması (Maliyyə və iqtisadi sahələrə üstünlük verilir)
  • Ən azı 5 il Mikro kreditləri sahəsində iş təcrübəsinin olması (beynəlxalq mikro-maliyyə institutlarında iş təcrübəsi olanlara üstünlük verilir
  • İdarəetmə sahəsində ən azı 2 il iş təcrübəsinin olması
  • Liderlik keyfiyyətlərinə malik olması
  • Yüksək təhlil etmə bacarıqlarına malik olması
  • Yüksək ünsiyyət və təqdimetmə  bacarıqlarına malik olması
  • Təlim keçmə sahəsində təcrübəsinin olması
  • Fərdi və komanda şəklində işləmək bacarığının olması
  • Dil biliyi : Azərbaycan və Rus dillərini bilməsi,
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması
  • Mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanın olması 

İş şəraiti və inkişaf imkanları:

  • Yüksək əmək haqqı (iş təcrübəsindən asılı olaraq) və bonus almaq imkanı
  • Bilik və bacarıqları artırmaq üçün yerli və xarici ekspertlərin təlimlərində iştirak imkanları
  • Şəxsi göstəricilərə əsasən karyera artım imkanları və s.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et